yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ay alan.., vəzifə satıram! - Beyləqanda real vəziyyət

Ay alan.., vəzifə satıram! - Beyləqanda real vəziyyət
18-05-2017, 16:45 110 481 dəfə baxılıb
yüklənir...

Beyləqan Təhsil şöbəsinin keçmiş müdiri Tofiq Sadıqov Beyləqan rayon Dövlət Qulluğu Həmkarlar Təşkilatının rəhbəri vəzifəsinə gətirilib
Bu barədə məlumatlandıran mənbə bildirir ki, buna görə keçmiş şöbə müdiri Beyləqan raon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə 20 min manat rüşvət verib.
Qeyd edək ki, mənbənin bizə verdiyi məlumatı dəqiqləşdirmək üçün Beyləqandan rayonundan olan digər mənbələrə də müraciət etdik. Məlum oldu ki, bu barədə Beyləqan rayonunda hər kəs danışır və Tofiq Sadıqov özü də icra başçısına rüşvət verərək vəzifəyə gəldiyini də gizlətmir.
Xatırladaq ki, Tofiq Sadıqov uzun illər boyu Beyləqan rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. İşlədiyi müddətdə Tofiq Sadıqovun davamlı olaraq korrupsiyada və digər neqativ işləprdə hallanıb.
Onu da bildirək ki, Tofiq Sadıqovun üzümüzə gələn il 69 yaşı olacaq. Seçkili orqan olan Beyləqan rayon Dövlət Qulluğu Həmkarlar Təşkilatının rəhbəri vəzifəsinə təyinat alması isə rayonda bir mənalı qarşılanmayıb. Daha cavan kadrların bu vəzifədə olması daha normal olduğu halda 69 yaşlı təqaüdçünün bu vəziyfəyə gətirilməsi rayonda çox pis qarşılanıb və hər kəs icra başçısı Vaqif Abdullayevin məhz aldığı rüşvətə görə təqaüdçıyə vəzifə verdiyini hər kəs danışmaqdadır.
Xatırladaq ki, son illər Azərbaycan prezidenti İlham Əliyev davamlı olaraq gənclərin yüksək vəzifələrə təyin olunması siyasəti yürüdür. Lakin görünür ki, Vaqif Abdullayev üçün aldıbı rüşvət hər heydən önəmlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Politico.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ay, real, Beyleqanda, alan, veziyyet, , vezife, satiram
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ