yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağzıgünə qalan Laçın obaları... - ŞİKAYƏT

Ağzıgünə qalan Laçın obaları... - ŞİKAYƏT
18-05-2017, 12:41 112 163 dəfə baxılıb
yüklənir...

“Sizə Taxtakörpüdəki ‘Laçın obaları’ deyilən ərazidən zəng vurmuşam. Sabah (18 may) Laçının işğalının 25 ili tamam olur. Torpaqların geri alınacağı artıq bizim üçün nağıla dönüb. İndi bizə ölməməkdən ötrü dirəniş göstərmək qalır”. Ağcabədidə Taxtakörpü deyilən ərazidə məskunlaşmış Laçın köçkünü Dəyanət Kərimov yaşayış şəraitlərindən danışır. Laçının işğalından sonra buraya yüzlərlə ailə yerləşdirilib. 25 ildir ki, insanlar ağır şəraitdə yaşayır.

Dəyanət Kərimov: “Bizdən əvvəl buralar heyvan yataqları olub. İnsanları heyvan yataqlarına yerləşdiriblər. 24 ildir bu heyvan yatağında məskunlaşan, canı çıxan insanların başını hər gün bir nağılla qatırlar. Beləcə, ömürdən gedir”.

Köçkün Fərəh Cabbarova Canavarlılar yatağında məskunlaşıb. Köçkünlər özləri burada palçıqdan, qamışdan daldalanacaqlar tikiblər. Köçkün döşəməsi, tavanı, istiliyi olmayan evciklərdə yaşamağın çətinliyindən danışır. Deyir, burada məskunlaşanlar daha çox heyvandarlıqla məşğul olmağa üstünlük verirlər:

“Əkin bizlik deyil, çünki torpaq şorandır. Qamışdan başqa heç nə bitmir. Yaşayışımız çox çətindir. Əsasən qışda buralarda şəraitsizlikdən, soyuqdan, ölüm-itim çox olur. Yayda da ilan, əqrəb dolu olur. İlan sancanda yolsuzluqdan xəstəxanaya çatdıra bilmirik. Buralara təcili yardım da gəlmir”.

Laçınlılar sosial problemlərinin həlli üçün dəfələrlə “Qaçqınkom”a müraciət ediblər. Amma onları eşidən yoxdur.

18 may 1992-ci ildə Laçın Ermənistan ordusu tərəfindən işğal olunub, 70 mindən çox əhalisi Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Taxtakörpüdəki Laçın obaları da Laçının işğalından sonra burada məskunlaşma başlarkən yaranıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Lachin, obalari, , ShKAYET, Agzigune, qalan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ