yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağstafanın başçısı iş yerində tapılmır: Müdhiş yeyinti faktları, şok rəqəmlər...

Ağstafanın başçısı iş yerində tapılmır: Müdhiş yeyinti faktları, şok rəqəmlər...
18-05-2017, 09:45 115 168 dəfə baxılıb
yüklənir...

Ağstafa rayonunda korrupsiya dərin kök salıb. Bunu Hesablama Palatasının təftişləri də təsdiqləyir
İcra başçısı Məhərrəm Quliyevin istefasının zamanı yetişib.
Dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi tapşırılıb.
Həmin vaxt icra başçısı Məhərrəm Quliyev özünün 1-ci müavini Ramiz Tatarovu "qurban” vermək bahasına kreslosunu qorumağa nail olub.
Belə ki, aşkarlanan qanunsuzluqlara və nöqsanlara görə məhz Ramiz Tatarova rəsmi xəbərdarlıq edilib. Bu isə o deməkdir ki, icra başçısı üzə çıxarılan korrupsiya faktlarının məsuliyyətini 1-ci müavinin üzərinə yükləməyi bacarıb.
Dəfərlərlə müxtəlif səviyyələrdə qeyd olunub ki, rayonlarda bir çox icra hakimiyyətinin başçıları həftənin bir, ötsə iki günü rayonda olub, qismən idarəetmə işləri ilə məşğul olur
Mediada yayılan məlumata görə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur.
Rayonun idarəetməsini təhvil verib birinci müavini Ramiz Tatarova. Tatarov isə idarə, müəssisə, sahibkarlıq subyektlərindən rüşvət toplamaqla rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satmaqla talançılıqla məşğul olur, Məhərrəm Quliyevə hər həftənin birinci günü “hesabat” verir.
İcra başçısı Məhərrəm Quliyevin vəzifəsində saxlanması onun PA-da olan himayəçisidir. Məhərrəm Quliyev bu müddət ərzində bir çox yeyintilərə imza atıb.
Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir. Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir.
Məlumatlara görə, başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir. Bu MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub.
Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarların satın alınması - 9440 manat, Ağstafa İcra Hakimiyyəti üçün avadanlıqların satın alınması - 5790 manat, inzibati binanın cari təmir işlərinin satın alınması - 9485 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması - 28632,52 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi maşın və avadanlıqların satın alınması - 9970 manat.
Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir.
Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi yumşaq inventarların satın alınması - 10860 manat, Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası digər maşın və avadanlıqların satın alınması - 52550 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi dəftərxana və təsərrüfat mallarının satın alınması - 18660 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İdarənin saxlanması xərcləri üzrə satınalmalar – 6330 manat, bu işləri sözügedən şirkət həyata keçirib. Beləcə kağız üzərində külli miqdarda büdcə vəsaiti havaya sovrulub.

Ulus.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tapilmir, reqemler, ish, yeyinti, yerinde, Agstafanin, shok, bashchisi, Mudhish, faktlari
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-05-2017


26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ