yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Füzulidə yas mərasimləri sadə, islami qaydalara uyğun keçirilir

Füzulidə yas mərasimləri sadə, islami qaydalara uyğun keçirilir
23-01-2017, 12:41 502 dəfə baxılıb
yüklənir...

Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır. Yas mərasimlərində, ehsan süfrələrində müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" kimi qarşılanmışdır. Sevindirici haldır ki, üç ilə yaxındır ki, rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirirlir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Ötən müddət ərzində insanlar istər şifahi, istərsədə yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər. İnsanlar da yas mərasimlərinin bu cür sadə təmtəraqdan uzaq keçirilməsini alqışlayır və dəstəkləyir.
Rayonun Axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islamı qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. Bildirir ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 400-600 manatla yola vermək olar. Qeyd edək ki, son 2 il 6 ay arzində rayonda 550-ə yaxın yas mərasimi olmuşdur. Həmin yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilmişdir. Nəticədə orta hesabla rayonda 3 milyon manata qənaət olunmuş, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf etmişlər.
Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaəti formalaşıb.
Rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir, bu məsələdə İslamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir.

Füzulidə yas mərasimləri sadə, islami qaydalara uyğun keçirilir
Füzulidə yas mərasimləri sadə, islami qaydalara uyğun keçirilir
Füzulidə yas mərasimləri sadə, islami qaydalara uyğun keçirilir


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ