yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində özbaşınalıq

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində özbaşınalıq
16-05-2017, 09:38 60 658 dəfə baxılıb
yüklənir...

Bu il yanvarın 25-də Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub
Rəis təyin olunar-olunmaz idarə rəhbərinin ilk işlərindən biri ixtisarlara başlamaq olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişinə əsasən iyul ayına qədər ixtisarlar həyata keçirilməsin.
Ancaq idarə rəisi nazirin sözünə əhəmiyyət verməyib işçilərin sayını azaltmağa başlayıb. İddialara görə, E.Məmmədov Kürdəmirə Füzulidəki mədəniyyət şöbəsinin direktoru vəzifəsindən gəlib və ona bu təyinatda deputat Bahar Muradovanın dəstəyi olub.
İdarə rəisi öz çevrəsində belə elan edib ki, B.Muradovanın adamıdır və ona kimsə bata bilməz. Ona görə də nazirdən daha çox deputatın təlimatlarına boyun əydiyi deyilir.
Onun adından sui-istifadə edərək vəzifəsində istədiyi kimi fəaliyyət göstərir. Hərçənd, B.Muradova onu nə tanıyır, nə bu işlərdən xəbəri var.
Elman Məmmədovun işi ancaq maliyyə əməliyyatları etmək, daha doğrusu saxta sənədlər əsasında dövlətdən şöbəninin fəaliyyəti üçün ayırılan vəsaitləri silməkdən ibarət idi.
Füzili rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə maxinasiyaları müdir Elman Məmmədova yaxın bir şəxsə məxsus “KENZO-2014” MMC (130000 min manat), “Vüsal E-S” MMC ( 317000 min manat) vasitəsi ilə həyata keçirilib. Təkcə 204-cü ildə Elman Məmmədov bu MMC-lər vasitəsi ilə 500 min manata yaxın vəsait silib.
Kürdəmirdə idarə rəisi olduqdan sonra ixtisarlara başlayan E.Məmmədov nə vətəndaşları qəbul edir, nə rayondakı şəhid ailələrinə, köçkünlərə hörmətlə münasibət göstərir.
Elman Məmmədov Füzulidə tabeçiliyindəki musiqi məktəblərinin hər birindən ayda 2200 manat pul yığırmış. Ona gələn küllü miqdarda gəlirin hesabına Haramı düzündə ferma açaraq sayı bilinməyən mal - qoyun saxladır.
Mətbuatda gedən yazılara görə, zəhmətsiz gəlirlər hesabına harınlamış Elman Məmmədov qan batırmağın yolunu da əla bilir.
Belə ki, 2013-cü ilin aprel ayının 1-ci on günlüyündə övladı Məmmədov Həmid Elman oğlu öz avtomobili ilə Xətai rayonu ərazisində adam öldürsə də, aidiyyəti orqanlara küllü miqdarda pul verərək elə həmin gündən azadlıqda qala bilib. Füzulidə biznesi qalsa da, əhalinin onun əlindən canı qurtarıb deyirlər.
Kürdəmirdə isə ixtisar olunanlar və əsasən Xocavənddən olan köçkünlər isə dad eləyir.
Bu ittihamlarla bağlı hörmətli E.Məmmədovun cavab haqqını dərc etməyə hazırıq.

ulus.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: daresinde, ozbashinaliq, ve, Kurdemir, Regional, Turizm, Medeniyyet
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ