yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zərdab rayon Yol idarəsindən yol mədəniyyəti anlayışına təhqir – FOTOFAKT

Zərdab rayon Yol idarəsindən yol mədəniyyəti anlayışına təhqir – FOTOFAKT
16-05-2017, 09:27 60 742 dəfə baxılıb

Oxucumuz Zərdab rayon sakini Yediyarov Camaləddin Eynulla oğlunun daxil olmuş şikayətini olduğu kimi təqdim edirik:


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev
Azərbaycan Respublikasının birinci Vitse Prezidenti,Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban xanım Əliyevaya
Zərdab şəhər Babək küçəsi 12 saylı evdə yaşayan Yediyarov Camaləddin Eynulla oğlu tərəfindən

Ə R İ Z Ə

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Zərdab rayonuda diqqətdən kənarda qalmamışdır. Belə ki, Zərdab şəhəri Babək küçəsində aparılan asfalt örtüyü heç bir halda standartlara uyğun gəlmir. Bu azmış kimi verilən göstərişə əsasən, Babək küçəsində məndən savayı hər kəsin həyət qapısına pis də olsa asfalt örtüyü vurulmuşdur. Mən onlardan tələb edərək mənimdə qapımın girişinin asvaltlanmasını bildirdim, mənim qapımın girişinə asfalt örtüyü vurdular əksinə bütün zibillikləri düz həmin hissədə yəni, mənim qapımın girişinə topladılar. Fakt sübut üçün həmin şəkilləri çəkərək sizə yollayıram. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq bunlara qanuni qiymət verilməsini sizdən xahiş edirəm. Çox maraqlıdır ki, Zərdab rayon 39 saylı yol istismarı idarəsinə Zərdab rayonundan yəni Zərdabı tanıyan birisini təyin etmək əvəzinə hansısa bölgədən gətirilmiş birisi təyin edilmişdir. Nəyə görə? Çünki, bu birisi hansısa məmura arxa bağlayaraq istədiyini edə bilər. Mənim yuxarıda yazdığım ərizədən sonra mən 15 may 2017-ci il tarixində 11:00 radələrində Zərdab Rayon 39 saylı Yol idarəsinin müdiri Elman Cavadlı tərəfindən onun kabinetinə çağrıldım. Çox ümidli idim ki, o öz səhvini etiraf edərək mənim şikayətimi təmin edəcək. Lakin, o mənə vurğuladı ki, sən bizi şərlədiyin üçün səni məhkəməyə verəcəm. Mənsə bildirdim ki, əslində sənin kimə güvənməyinə baxmayaraq mən səni məhkəməyə verməliyəm. Bu söhbətdən sonra Elman Cavadlı mənə bildirdi ki, Zərdab rayonunda asfaltlanma işi dayandırılıb nə vaxtsa iş aparılarsa biz səni o zaman nəzərə alacağıq. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq bizə köməklik göstərilməsini Sizdən xahiş edirik.

XeberBiz.az
Zərdab rayon Yol idarəsindən yol mədəniyyəti anlayışına təhqir – FOTOFAKT
Zərdab rayon Yol idarəsindən yol mədəniyyəti anlayışına təhqir – FOTOFAKT


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rayon, Zerdab, tehqir, anlayishina, idaresinden, Yol, medeniyyeti, FOTOFAKT, yol
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ