SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi

Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi

Tarix:

15-05-2017, 11:57

/ 58 767 dəfə oxundu.
Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi

Beyləqanda bələdiyyə sədri və qohumları 10 nəfərədək şəxsi döyərək xəstəxanalıq edib. Hadisə rayonun İmamverdilər kəndində baş verib.
Torpaq üstündə düşən mübahisəyə son qoymaq üçün əraziyə gələn təftiş komissiyası tərəfləri bir araya gətirib. Qarşıdurma da bu anda başlayıb.
Zərərçəkən Rasim Əliyev hadisənin necə baş verdiyini bizə danışıb: “Ədliyyənin işçisi gəldi, dedim ki, bizim işimiz burada deyil, sahədədir. Gəlin gedək sahəyə baxaq. Bizim otlaq sahələrimiz əkilib, öz pay torpaqlarımıza girməyə yol yoxdur. Dedi ki, mən sahəni yoxlamağa gəlməmişəm. Mən imzaları yoxlamağa gəlmişəm. Dedim ki, bizim sahələrimizə baxmayacaqsınızsa, şikayətimizlə maraqlanmayacaqsınızsa, niyə gəlmisiniz? Çıxanda Əfqan Bəşirovun qayınları, mühasib, İkram Tağıyev, Bəhramxan Abdullayev, Mübariiz Abdullayev, Anar Bəşiirov bizi saldılar təpik-yumruğun altına. Regional idarənin nümayəndəsi gəldiyi maşına oturub getdi. Demədi ki, bunları niyə qırırsınız?”
Zərərçəkənlərdən kimisinin dişi düşüb, kimisinin çənəsi sınıb, kimisinin də gözü göyərib. Xəstəxanaya müraciət edən 10 nəfərdən 7 nəfəri ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Rasim Əliyevin sözləroinə görə, yaralılardan birinin vəziyyəti ağırdır: “Örüşə, əkin sahələrinə çıxa bilmirik. Şikayətimiz əsasında gəldilər, biz də getdik. Dedik, durun gedək, əkin sahələrinə baxaq, onlar da razılaşmadı. Biz də durub çıxanda bizi döydülər”.
Zərərçəkən Rafiq Əsgərxanov da baş verənlərə görə bələdiyyə sədrini ittiham edib: “Kəndin mal örüşünü bələdiyyə verib öz qohum-əqrəbalarına. Hamısı taxıl-yonca əkib, mal örüşünü şumlayıb ediblər pambıq sahəsi. Əkilməlidirsə, biz də pambıq əkirik. Bizdən alıb verir özününkülərə, belə allahsızlıq olar? Verib hamısını qohumuna, əqrəbasına. Bizi də döyən elə onlar olub. Mənim atamın 80 yaşı var, İkram Tağıyev gözünün altından vurub. Gözünün altını qapqara qaraldıb. 80 yaşında kişiyə əl qaldırarlar? Dayımı necə vurdularsa, yerdə qaldı, dedik ki, kişi öldü.

Qeyd edək ki, baş verən torpaq davası ilə bağlı Beyləqan rayon Polis İdarəsində təhqiqat aparılır.

AzToday.az
Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi
Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi
Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi
Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları qoçuluq etdi

Şərhlər

XƏBƏR LENTİ