yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qəzənfər Ağayevin buralardan xəbəri varmı? - "22 ildir işıq yoxdur..."

Qəzənfər Ağayevin buralardan xəbəri varmı? -
15-05-2017, 09:59 41 445 dəfə baxılıb
yüklənir...

Astara rayonun dağlıq ərazilərində yerləşən kəndlərinin boşalması ilə bağlı həyacanlı xəbərlər gəlməkdədir.Əhalinin dağ kəndlərindən köç etməsinin əsas səbəbləri yolun və işığın olmaması göstərilir. Baxmayaraq ki, dağlıq ərazidə Burzibənd - Pəlikəş yolu asfaltlaşdırılıb. Hamuşam-Siyəkü yolunun asfaltlaşdırılması ilə bağlı isə hazırlıqlar gedir. Lakin elə kəndlər var ki, onların sakinləri diqqətdən kənarda qaldıqlarını düşünürlər. Onlardan biri də Sekaşon kəndidir.Yolumuz bu kəndədir...
Kəndə getməkdən ötrü“UAZ”markalı minik maşını sifariş verməli olduq. Sürücü Afərin Əsgərovun deməsinə görə, Sekaşon kəndinə gediş haqqı 10 manatdır.Yol kələ-kötür olsa da sıldırmlı qaya yoxdur.Yolu qaydaya salmaq və genişləndirmək elə də çətin deyil.Sürücü Afərin Əsgərov yolun problemlərindən danışır: “Bu yola mən gedib-gəlirəm.İndi belədir,qışda qalxmaq olmur, çətindir. Qışda - qarda iki saat,iki saat yarıma gedirəm.Əvvəllər bu yola baxırdılar. İndi tamamilə dağılıb. Keçən illəri yola vəsait qoydular, yenə dağıldı.Bərbad günə qaldı.3 kilometr yoldur. ”
Yolda sahibsiz yaşayış evləri görürük. Sekaşon kəndi dağlar arasında, vadidə, səfalı bir yerdə yerləşir.Yaxınlıqda çay da var.Kənd sakinlərinin deməsinə görə, çayın suyundan suvarmada istifadə edirlər.Həyətyanı sahədə müxtəlif kənd təsərrüfatı məhsulları əkilib.Kənd sakinlərin əsasməşğuliyyəti isə heyvandarlıqdır. Sakinlərin sözlərinə görə, çox nadir hallarda rayon bazarına üz tuturlar.Kəndə çox az ev qalıb. Baxımsızlıqdan dağılmış, yararsız hala düşmüş evlər də var. Bizə bildirdilər ki, hazırda kəndə 5 ailə yaşayır.
81 yaşlı Mirəhməd Əliyev deyir ki, vaxtı ilə bu kənddə 30-dən çox ailə yaşayıb, məktəb, tibb məntəqəsi fəaliyyət göstərib: “Bura Çapayev adına kolxoz olub.Kəndə 30-ə qədər ailə yaşayırdı.Əkin əkilərdi,mal-qara saxlayardılar.O dövrdə işıq də çəkdilər.Sonra dağıldı.1995-96-cı ildə dedilər bərpa edəcəyik,bu gün-sabah,elə də qaldı.”
Başqa bir sakin Əfqan Əliyev isə əhalinin kəndən köçməsini belə nəql edir: “Gördüyünüz bu yoldur, bərbad vəziyyətdədir. Özünüz də o yolla gəlmisiz ,görmüsüz.Yaşmaq çətindir,çox çətindir.İşıqdır,yerli-dibli yoxdur.Lampa ilə keçinirik.Transformatoru aparmışıq Səncərədi kəndinə təmir üçün, hələ qalıb. Onu təmir edən də yoxdur.22 ildir işıq yoxdur.”
Ə. Əliyevdeyir ki, generator alıb. Gündə 2-3 saat işlədir. Bu ayda ona 120 manata başa gəlir.Dünyada və ölkədə baş verənlərdən xəbərsizdirlər. Deməsinə görə, kənd sakinləri seçkidən seçkiyə yada düşürlər...
Evlərdə elektrik xəttləri indiyə kimi qalıb. Bir çox yerlərdə elektrik dirəklərini də gördük. Elektrik naqilləri isə dağılıb.Evlərdə əsasən lampadan istifadə edirlər. Kənd sakinləri deyir ki, lampadan ötrü yanacaq da əldə eləmək çətindir. Qaranlıq çökən kimi evlərə çəkilirlər.Kənd ətarfında ac çaqqallar ulaşır...
Kənd sakini Nəsibə Şahmuradova da çətinliklə 7 uşaq böyütməsindən danışır: “İndi 7 uşaq saxlayıram, işıqsız qalmışam. İnanın ki, it bizdən yaxşı yaşayır.Bilmirik nə edək.Un kisəsini başımıza qoyub gətiririk. Generatorxarab olub. İndiki gəlinlər tozsoranla işləyir, əl maşını var, elektrik sobası var. Bizdə heç nə yoxdur. Biz avara qalmışıq. Oğlum mənə deyir ki, hansı qızbura gələr... Şərait yoxdur, işıq yoxdur. Hər şeyimiz işıqladır. Prezident deyir ki, dözümlü xalqıq...”
Onun deməsinə görə, uşaqlar 3 kilometr uzaqda olan qonşu kəndin məktəbinə gedirlər. Qışda dərsə getmirlər. Gediş-gəliş kəsilir: “Kəndə xəstələnən adam Allahın ümidinə qalır” Sekaşon Şüvi kənd ərazi vahidinə daxildir. Şüvi kənd icra nümayəndəsi Əbülfət Qüdrətov elekitirik enerjisi ilə bağlı müvafiq orqanlara müraciət etdiyini bildirir:
”Sekaşon kəndində 3 ailə yaşayır.Orda yaşayış olub.Evlərdə elktirik xətləri qalıb.Vəznəş kəndinin məscidinin yanından ora elektirik xətti gedib.Transformator xarab olub,aparıblar təmirə.Rayon rəhbərliyi deyir ki,orda bir ailə də yaşayırsa elektrik xətti çəkilməlidir. Bu barədə aidiyyətı qurumlara yazmışam ki, bu xətt bərpa edilsin. Cavab aldıq ki, Sekaşon kəndinə elektrik xətti çəkməkböyük xərc istəyir.Haçan maliyyə olsa xətt çəkiləcək.Qaldı yol məsələsinə,orda yollara çınqıl töküblər.Biz bu məsələni diqqətdə saxlayırıq.Gələckdə orda yaşayanların sayı artsa bu məsələlərə yenidən qayıtmaq olar.”
Dağlar arasında yerləşən Sekaşon kəndinə qaranlıq çökməkdədir.Hamı evlərinə çəkilib.Evlərdə yalnız lampalar yanır.Sürücü tələsməyi məsləhət görür.Çünki qaranlıqda bu yolu getmək ikiqat təhlükəlidir.Kənd sakinləri deyir ki,yol və işıq bərpa olunmasa gələn ilə burda heç kim qalmaz...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yoxdur, Agayevin, , ildir, buralardan, ishiq, xeberi, 22, varmi, Qezenfer
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ