yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nazirlik Gəncədə xətsə pensiyaçıların başına oyun açır-ŞİKAYƏT

Nazirlik Gəncədə xətsə pensiyaçıların başına oyun açır-ŞİKAYƏT
15-05-2017, 09:20 37 018 dəfə baxılıb
yüklənir...

Gəncədə təqaüdçülərin qeydiyyat alınması qanunsuzluqlarla müşahidə olunur
Verilən xəbərə görə, son həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə bütün pensiyaçılar qeydiyyatdan keçirilir.
Gəncəbasar bölgəsində bu proses kobud qanun pozuntuları və təqaüdçülərə olmazın əziyyət verilməsi ilə müşaiyət olunur. Gəncədə yerləşən iki rayon üzrə pensiyaçıların sayı 25.000 nəfərdən artıqdır.
Bu şəxslərin sırasında fiziki məhdudiyyətlilərin, yataq xəstələrinin olmasına baxmayaraq, onlardan tələb olunur ki, müvafiq rayon üzrə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) şəxsən gəlib qeydiyyatdan keçsinlər.
Əks təqdirdə onlar növbəti ayın pensiyasını almaqdan məhrum ediləcəklər. I qrup əlil və yataq xəstəsi olan Tamara Davudi bildirir ki, şəhər telefonu ilə DSMF-yə zəng edib xahiş edib ki, onun səhhəti ilə əlaqədar olaraq evdə baxış keçirib qeydiyyata alsınlar.
Amma Gəncə şəhər Kəpəz rayon DSMF-dən şöbə müdiri Bəyalı Əliyev deyib ki, xəstənin özü avtomaşınla idarəyə gəlməlidir.
Onların texniki imkanları və fiziki potensialları fiziki qüsurlu insanları, habelə bu kateqoriyadan olan pensiyaçıları evdə müayinə edib qeydiyyata almağa yol vermir.
Digər şikayətçilər Rahimə Əliyeva və Qara Ramazanov da uzun növbələrdən, süni əngəllərdən şikayətçidirlər.
Onlar deyir ki, günlərlə onminlərlə insan növbəsi yaranır. Bu zaman almaqla yanaşı, onların onsuz da məhdudiyyətli qabiliyyətlərinə çox mənfi təsir edir.
DSMF-nin adının çəkilməsini istəməyən əməkdaşının bildirdiyinə görə proses qeydiyyatdan keçə bilməyən, həmçinin şəhərdə qalmayan insanların təqaüdlərini kəsmək üçün tətbiq edilir. Çünki büdcədə pul yoxdur.
Qeyd edək ki, may ayının ortaları olmasına rəğmən, Gəncəbasar regionunda pensiya və müavinətlər, habelə digər sosial ödənişlər mart ayından bu günə qədər ödənilməyib.
Aidiyyatı qurumlar bu suala dolğun məlumat verməkdən imtina edərək bildirir ki, yaxın vaxtlarda ödənişlər icra olunacaq.

ulus.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: pensiyachilarin, xetse, achir ShKAYET, Nazirlik, bashina, Gencede, oyun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ