SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxın icra başçısı haqqında şok ittihamlar: Rəcəb Babaşov ailəli qadını "əxlaqsız" adlandırdı?

Qazaxın icra başçısı haqqında şok ittihamlar: Rəcəb Babaşov ailəli qadını "əxlaqsız" adlandırdı?

Tarix:

13-05-2017, 11:36

/ 98 777 dəfə oxundu.
Qazaxın icra başçısı haqqında şok ittihamlar: Rəcəb Babaşov ailəli qadını "əxlaqsız" adlandırdı?

Qazax RİH-nin başçısı Rəcəb Babaşov haqqında şikayətlər bitmək bilmir

Belə ki, bir müddət əvvəl rayonda fəaliyyət göstərən sahibkarlara "aman verməyən" başçının adı bu dəfə başqa bir qalmaqalda hallanır.

Məlumata görə, Qazaxın icra başcısı Rəcəb Babaşov cəbhə bölgəsində döyüşən hərbçinin bacısını bir neçə vəzifəli şəxsin yanında əxlaqsız adlandırıb. Rayonda müəssisələrin birində işləyən ailəli, 2 uşaq anası olan qadın(ad anonim saxlanılır - red.) həmin müəssisədə görən icra başçısı “bu əxlaqsız burada nə edir” deyərək qadın işləyən müəssisənin bağlanmasını tələb edib. Rəcəb Babaşov tərəfindən təhqir olunan qadın bu barədə anasına, həyat yoldaşına və hərbiçi qardaşına danışıb. Anası və təhqir olunmuş qızı, Prezident İlham Əliyev cənablarına və 1-ci Vitse Prezident Mehriban xanıma rəsmi şlkayət edərək başcının cəzalandırılmasını xahiş ediblər.

Bu söhbətin bütün rayona yayılması təbii ki, bir nəslin adına gölgə salır. Anası bir neçə dəfə təhqir olunmuş qızı ilə birgə Qazax RİH-də başcının qəbuluna getsə də, onunla görüşə bilməyiblər. Əldə etdiyimiz xəbərə görə, təhqir olunmuş xanımın hərbçi qardaşı icazə alaraq döyüş bölgəsindən başcının qəbuluna gəlib. O, icra başcısı Rəcəb Babaşovun 2 azyaşlı uşaq anasını niyə “əxlaqsız” adlandırmasına aydınlıq gətirməsini istəyib: "Əlində sübutu varsa, qoy mənə göstərsin, insanlara yalan şər atmaq düzgün deyil".

İcra Hakimiyyətində insident yaşana biləcəyindən ehtiyatlanan məmurlar qızın qardaşını icra başçısının qəbuluna buraxmayıblar. Təhqir olunmuş xanımın hərbçi qardaşı Ali Baş Komandana və Müdafiə Nazirinə müraciət edərək, Rəcəb Babaşovun bu tərbiyəsiz əməlinə qiymət verilməsini və onun cəzalandırılmasınıxahiş edib. İcra başcısı isə ana və qızını susdurmaq üçün öz işciləri vasitəsiylə onları polis və prokurorluğa verəcəyi, dövlət işində işləyən ananı işdən çıxaracağıyla hədələyib.

Qeyd edək ki, Qazax sakinlərinin dediyinə görə, Rəcəb Babaşov Qazax rayonunda söyüş söyən və yekəxana icra başcısı kimi tanınır: "Babaşovun gömrük şefiylə əlbəyaxa olması da məhz başcı onu söydükdən sonra baş vermişdi. Lakin burada söhbət Azərbaycan qadınından gedir. Bir qadını əxlaqsızlıqda ittiham edib hər kəsin yanında onu təhqir etmək, ona belə bir çirkin damğa vurmaq rayonun birinci rəsmi şəxsinə yaraşan əməl deyil"

Rayon sakinlərinin bildirdiyinə görə, Rəcəb Babaşovun bu əməli qazaxlıları hiddətləndirib: "Ona görə də bir qrup Qazax sakinlərinin imza toplayaraq icra başcısının istefasıyla bağlı Prezident İlham Əliyevə müraciət etməsi gözlənilir: "Rəcəb Babaşovun rayonda qadınlara qarşı bu cür davranması ilk belə hadisə deyil. Başcı bir dəfə Qazaxda “Oxumaq-oxumaq” adıyla tanınan binanın sakinləriylə görüşdə demişdi ki, eşitmişəm bu binada bir neçə əxlaqsız qadın var. Başcının bu sözləri sakinlərin etirazına səbəb olmuşdu. Bu etirazdan sonra başçı həmin binanın işıqlarını kəsdirmişdi. Binanın sakinləri 10 gün işıqsız qalmışdı. Bunun səbəbini soruşanda isə Rəcəb Babaşov "bu binada əxlaqsız qadınlar var, onları cəzalandırmaq üçün edirəm" demişdi".


Qazax sakinləri bildirir ki, Rəcəb Babaşov icra hakimiyyətindəki iclaslarda da tez-tez “əxlaqsızlıq” mövzusunda söhbətlər açır: “Mənim ən zəhləm gedən şey əxlaqsılıqdır”, “Eşitmişəm filan idarədə 1 əxlaqsız qadın işləyir”, “Əxlaqsız qadınlar haqqında mənə məlumat verin”, “O əxlaqsız sənin idarəndə niyə işləyir, onun əmrini ver çıxart” və s. Babaşovun iclaslarda sıx-sıx işlətdiyi ifadələrdi. Aydın məsələdir ki, əxlaqsızlıq cəmiyyətin bəlasıdır və heç kimin bundan xoşu gəlmir. Əxlaqsızlıqla mübarizə, sivil və mədəni üsullarla aparılır. Bu cür kobud yox! Bu “əxlaqsızlıq” mövzusuyla özünə divident qazanmaq istəyən Babaşov öz başını cəncələ salıb".
Göründüyü kimi, qadınlara şər atan içra başçısı özünü dövlət məmuruna yaraşmayan təqdirdə aparmaqda davam edir. Bu isə perspektivdə rayonda insidentlərin yaşana biləcəyi təhlükəsindən xəbər verir.

Rəcəb Babaşov bunlarla kifayətlənməyib, öz şəxsi biznesini də genişləndirməyə imkan tapıb.

Onun
– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat,
– Bayıldakı Aran restoranı, Aran kafesi
– və “077-lər” adlı avtoyuması,
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı,
– əlavə olaraq Bakıda 4 evi,
– o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi,
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə

Nəzər salsaq görərik ki, milləti xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Belə deyilsə, bu milyardlar onda hardandır? Rəcəb Babaşov hətta Sabirabad rayonunda xırda sahibkarlardan da “haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur. Daxil olan informasiyalarda həmçinin deyilir ki, Rəcəb Babaşov öz doğma rayonu olan Sabirabadda da böyük biznes imperiyası qurub. Hətta öz rayonunda belə sahibkarlarla davranışında Babaşovun çox amansız biri olduğu deyilir.

Yuxarıda qeyd olunan gömrük şefi ilə Rəcəb Babaşov arasında yaşanan münaqişə təfərrüatları ilə birgə növbəti yazıda öz əksini tapacaq.

Yazılanlarla bağlı Qazax RİH ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Gundemxeber.az"

Şərhlər

XƏBƏR LENTİ