yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" mövzusunda tədbir - Bərdədə

10-05-2017, 21:56 46 123 dəfə baxılıb
yüklənir...

10 may 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində mərkəzin könüllülərinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş fləşmob və “"Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" “ mövzusunda tədbir keçirilmişdir.

Fləşmob Ulu Öndərin doğum tarixi və onun xatirəsinin əbədi olaraq ürəklərdə yaşayacağını simvolizə edən sonsuzluq işarəsindən ibarət olmuşdur. Burada Dövlət bayrağının rəngləri öz əksini tapmışdır. Fləşmobda mərkəzin könüllüləri, fəal gənclər və şəhid Alı adına şəhər 5№li tam orta məktəbin şagirdləri iştirak etmişlər.

Xalqxeber.Az xəbər verir ki, tədbirdən öncə Bərdə regional “ASAN xidmət” mərkəzinin rəhbərliyi, Gənclər və İdman İdarəsinin və mərkəzin işçiləri ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov açaraq iştirakçıları salamladı və tədbirlə bağlı məlumat verdi.

Ümummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Mərkəzin könüllülərinin mövzu ilə bağlı hazırladıqları videoçarx tədbir iştirakçılarına təqdim olundu.

Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışına ümummilli liderin gənclərə xitabən söylədiyi bir müdrik kəlamla başladı: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir. ”Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan çətin zamanda bir istinad nöqtəsinə, sülhün, tərəqqinin, uğurlu siyasətin ünvanına çevrildiyi və dünyanın inkişaf etmiş ölkələrinin sırasına yüksəldiyi qeyd olunub və bu gün də bu siyasət Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbiri yekun sözü ilə Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov bağlayaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu daim gənclərə bir örnək olmalıdır.
"Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" mövzusunda tədbir - Bərdədə
"Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" mövzusunda tədbir - Bərdədə
"Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" mövzusunda tədbir - Bərdədə
"Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" mövzusunda tədbir - Bərdədə


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tedbir, Eliyev, , movzusunda, Heyder, dovlet, Azerbaycan, siyasetinin, Berdede, banisidir, gencler
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-05-2017


26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ