yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Ümumrespublika Kitab bayramı - Hacıqabulda

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Ümumrespublika Kitab bayramı - Hacıqabulda
10-05-2017, 16:41 50 878 dəfə baxılıb
yüklənir...

10.05.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayon üzrə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Ümumrespublika Kitab bayramı keçirilib.

Xalqxeber.Az xəbər verir ki, kitab bayramında Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etmişdir.Kitab bayramı Ulu Öndərin abidəsi önünə gül-çüçək dəstələri qoyulması ilə başlanmışdır. Sonra iştirakçılar Kitab bayramında təşkil olunmuş "Çoxəsirlik tariximizin 34 ili", "Hacıqabul şəhidləri", “Görkəmli şəxsiyyətlərimiz”, “Xoşməramlı səfir”, “İlham Əliyevlə parlaq gələcəyə doğru”,“2017-ci il İslam Həmrəyliyi ilidir”, “Tarix və siyasət”, “Respublika prezidentinin rayonumuza səfərləri”, “Rayonumuzda pambıqçılıq inkişaf edir” adlı sərgilərlə, eyni zamanda klassik və müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı və uşaq ədəbiyyatından nümunələrlə tanış olmuşdlar.Kitab bayramında təşkil olunmuş “Uşaqlar dünyanın sevincidir”, ,"Nağıl otağı", nağıl personajları, uşaq ədəbiyyatları kiçik yaşlı məktəblilərin xüsusi marağına səbəb olmuşdur.

2017-ci il ərzində yubileyləri keçiriləcək yazıçı və şairlərimizin həyat və yaradıcılığına həsr olunmuş sərgilər təşkil olunmuş, Qarasu kənd, şəhər 4 və 9 saylı məktəblərin şagirdlərinin timsalında klassiklərimizdən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, M.F, Axundzadənin, Xurşudbanu Natəvanın obrazları yaradılmış, əsərlərindən qısa səhnələr canlandırılmışdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin “İslam Həmrəyliyi İli” və “ İslam Həmrəyliyi oyunları” ilə əlaqədar müxtəlif sərgiləri və əl işləri təşkil edilmiş, Uşaq Musiqi məktəbinin xor kollektivinin ifasında “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı səsləndirilmişdir.

Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş Kitab bayramı günün sonunadək davam etmişdir. Axşam saatlarında isə Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının nümunəvi orkestrinin müşayəti ilə gözəl konsert proqramı keçiriləcəkdir. Həmçinin axşam saatlarında böyük atəşfəşanlıq təşkil edilmişdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 94 cu, X, olmasinin, Heyder, ildonumune, olunmush, bayrami, Kitab, anadan, hesr, Umumrespublika, , Eliyevin, Haciqabulda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ