yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Aparat rəhbərinin qurduğu "sistem" Nazirlikdən narazılığı artırıb

Aparat rəhbərinin qurduğu
10-05-2017, 15:10 52 023 dəfə baxılıb
yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin problemli təbəqəsi ilə çalışdığından bu qurumdan narazılıq da çox olur
Əlillik dərəcəsinin verilməsi, ünvanlı sosial yardım, işsizlik müavinəti, tibbi sosial ekspertiza və digər problemlə üzləşən insanların narazılığı son dövrlər daha da artıb. Xüsusən də Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər gətirilməsi və onun bu sistemdə həyata keçirdiyi "islahatlar" əks reaksiya verməyə başlayıb.
Müxtəlif mənbələrin məlumatına görə, Səlim Müslümov şair Əjdər Olu (Cəbiyev) nazirliyin aparat rəhbəri təyin etdikdən sonra vəziyyət daha kritik həddə çatıb.
Məlumatda bildirilir ki, Əjdər Cəbiyev qısa zamanda sabiq nazir Füzuli Ələkbərovun nazirlikdəki "sistemini" yenidən bərpa edib. Hətta bəzən nazirin tapşırığına da əməl olunmur. Çünki Əjdər Cəbiyev elə bir şəbəkə qurub ki, onun iradəsindən kənar hər hansı kadr təyinatı da ola bilməz: "Hazırda nazirlikdə bütün təyinatlar və kadrların yerləşdirilməsi də Əjdər Cəbiyevin istəyinə uyğun aparılır. Hətta bəzən nazir Səlim Müslümovdan edilən xahişlərin icrası da gecikdirilir və ya gerçəkləşdirilmir. Əjdər Cəbiyevin bu məsələdə ən yaxşı köməkçisi isə kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədovdur".
İddia edilir ki, nazirlik sistemində kiçik vəzifələrə təyin olunmaq istəyən şəxslər 4 min manat arası xərcə düşməli olur.
Nazirlik sistemindəki rüşvət mexanizminin işləməsi üçün yeni vakansiyaların lazım olduğunu iddia edən mənbəmiz bildirib ki, bunun üçün mütləq kimlərisə işdən çıxarmaq lazım gəlir. Bu isə, nəticədə haqlı olaraq, böyük narazılıqlara səbəb olur.
Qeyd edək ki, bir müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qanunsuz işdən çıxarıldıqlarını iddia edən bir qrup şəxs mətbuat vasitəsiylə narzılıqlarını bildirmişdilər. Onlar nazir Səlim Müslümova bir sıra suallar ünvanlayaraq ondan cavab istəmişdilər.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şiddətli kadr alveri başlayıb. Nazirlik yaradılandan indiyədək bu strukturda belə geniş miqyasda rüşvətxorluq baş verməyib. Struktur dəyişikliyi adı altında gedən bu prosesə rəhbərliyi nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev başçılıq edir. Dil-ədəbiyyat müəllimi ixtisaslı, aparat rəhbəri olanadək ancaq şeir yazmaqla məşğul olan Ə.Cəbiyev nazirliyin strukturlarına hüquqşünas, iqtisadçı və s. ixtisasa malik kadrların yerləşdirilməsi ilə məşğuldur. Ə.Cəbiyevin kadr siyasəti çox sadədir: uzun illər nazirlik sistemində çalışan işçilər nazirin daha onlarla işləmək istəməməsini səbəb göstərərək işdən azad edildiyini bildirir. Sonra Ə.Cəbiyevə yaxın adamlar təhsilinə, iş səriştəsinə baxmayaraq boş yerlərə təyin edilirlər. Yeni təyin edilmiş işçilərin boşalmış əvvəlki iş yerləri də "hərraca" çıxarılır. Beləliklə, işdən çıxarılmış və ya başqa işə keçirilmiş işçilərin boş qalmış iş yerləri külli miqdarda pul müqabilində satılır.
Məlumata görə, müqavilə ilə işə təyin edilmiş işçilərin çoxunun ali təhsil diplomları da saxtadır. Bu şəxslərin çoxu ləğv olunmuş Beynəlxalq Univerisitetin və digər mənfi reputasiyalı təhsil müəssisələrinin test üsulu ilə qəbul olunmamış məzunlarıdır. Belə bir şəraitdə sistemdə qalan tək-tək peşəkarları savadsız kadrlarla əvəz etmək islahat aparmaqdırmı? İşdən azad etdiyiniz kadrlarınəksəriyyəti həm test üsulu ilə ali təhsil alıb, həm də dövlət qulluğuna daxil olub. Necə olur ki, bu insanların uzun illər çəkdiyi əziyyət Əjdər Cəbiyev kimi adamların təqdimatı ilə yerə vurulur? Cənab nazir, sizdən suallarımıza cavab gözləyirik", - deyə işdən qanunsuz çıxarılan işçilər KİV-lər vasitəsiylə S.Müslümova sual ünvanlayıblar.
Təbii ki, nazirlik işçiləri bu sahədə baş verən qanunsuzluqları daha yaxşı bilirlər. Ona görə də Ə.Cəbiyev sistemi bilən və peşəkarları nazirlikdən uzaqlaşdırmaqla öz "prinsip"lərini yeritməyə çalışır.
Amma problemlər bununla bitmir. Belə ki, əmək pensiyası sahəsində çox böyük qüsurların olduğu, ünvanlı sosial yardımların təyinatında tətbiq edilən üsulların özünu doğrultmadığı, Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) rüşvəti 1500-dən 5000 minə qaldırdığı, məşğulluq orqanlarının faktiki fəaliyyətsiz olması ilə bağlı müxtəlif şaiyələr dolaşır. Artıq bu barədə mətbuatda səslənən fikirlər təkzib də olunmur.
İddia edilir ki, əlillik dərəcəsinin təyinatı ilə bağlı yaradılan yeni sistem bugünə qədər formalaşan korrupsiya şəbəkəsini çökdürsə də, daha böyük problemlərə yol açıb:
"Artıq poliklinikalardan sistemə yüklənən "forma 88" sayılan sənədlərin təsdiqlənməsi Allah ümidinə buraxılıb desək, yanılmarıq. Çünki əvvəllər TSEK-lər müvafiq günlərdə yoxlama keçirirdi. O zaman həkim-ekspertlər xəstələri görürdülər, onları yoxlayıb, şübhəli məqamlarda təkrar müayinəyə göndərirdilər. Düzdür, həmin dövrdə də rüşvət var idi, amma hazırki kimi deyildi. İndi isə vəziyyət fərqlidir. Poliklinikalardan sistemə yüklənən "forma 88"lə bağlı qərarı xəstəni görmədən verirlər. Yəni, sistemə nəzarət edən şəxs əslində həkim müayinəsini təsdiqləyərək əlillik dərəcəsi verməlidir. Amma indi hər hansı bir əsas olmadan həqiqətən xəstə olanların belə sənədləri təsdiqlənmir".
Aparat rəhbərinin qurduğu "sistem" Nazirlikdən narazılığı artırıb
Bizi bilgiləndirən şəxsin iddiasına görə, əvvəllər saxta əlillik dərəcəsi almaq istəyənlər 1500-2000 manat xərcə düşürdülərsə, indi bu rəqəm 5-6 min manata çatıb: "İki-üç ilədək bu missiyanı TSEK müdirləri həyata keçirirdilər, amma indi çox az sayda adam bu prosesdə rol oynayır”.
Qeyd edilir ki, vaxtilə TSEK-lərin gördüyü sahəyə də Əjdər Cəbiyev rəhbərlik edir. Onun bu sistemdəki "kilid adamı" isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidovdur. Nazirlikdə bununla bağlı hər hansı əməliyyatı gerçəkləşdirmək bu cütlüyün iradəsindən kənar baş vermir.
Göründüyü kimi, əhalinin həssas təbəqəsinin uman yeri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup şəxsin təsir dairəsindədir. Təbii ki, bu da onsuzda ağır durumda olan vətəndaşların vəziyyətini daha da ağırlaşdırır. Sosial-iqtisadi vəziyyətin kritik olduğu bir dönəmdə dövlətin sosial siyasətini icra edən bir qurumun belə işləməsi isə böyük narazılığa gətirib çıxara bilər.

Reyting.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: artirib, Aparat, sistem, rehberinin, naraziligi, Nazirlikden, qurdugu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ