yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Lerikdə iki məmurun əyləncə məkanı – “Xəzər” hansı pulla tikilib?

Lerikdə iki məmurun əyləncə məkanı – “Xəzər” hansı pulla tikilib?
10-05-2017, 09:09 36 814 dəfə baxılıb
yüklənir...

Bir neçə gün öncə Lerik rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kaməddin Məstiyev və onun qudası, rayon Maliyyə Şöbəsinin müdiri Elman Abbasovla bağlı ilginc məlumat daxil olmuşdu.
Məlumatda deyilirdi ki, Kaməddin Məstiyev və qudası, rayon maliyyə şöbəsinin müdiri Elman Abbasov iş birliyi quraraq dövlət əmlakını mənimsəmək, habelə qanunsuzluqlar etməklə məşğuldurlar.
İddiada bildirilirdi ki, Kaməddin Məstiyev inzibatı ərazi olan Lerik şəhərinin – rayon mərkəzinin yenidən qurulması və infrastrukturun inşikaşı zamanı xeyli vəsait əldə edib. Onların iş birliyi isə məhz dövlət büdcəsindən vəsaitlərin şəxsi maraqlara yönəlməsindən qaynaqlanır.
Mənbə bildirir ki, rayonda quruculuq işləri altında Abbasov tez-tez vəsait ayrırır, məlum olur ki, ortada da normal bir iş yoxdur. Hətta vəziyyət elə bir hala gəlib çatıb ki, rayonin əsas meydanı – Heydər Əliyev parkı günü-gündən sıradan çıxır. Bir müddət öncə yerə döşənən mərmər plitələr və tamet üzlüklər artıq yerindən oynayıb və parkın bəzi ərzilərində demək olar ki, piltələr yerindən çıxıb.
Amma bunlar Məstiyevi düşündürmür. Onlar günlərini çox vaxt Elman Abbasovun Cəngəmiran kəndindəki "Xəzər” İstirahət Mərkəzində keçirirlər. Bu məkan isə qudalara kef və əyləncə yerinə çevrilib. Bu obyektə qudaların məcaraları haqqında da rayonda müxtəlif məlumatlar dolaşır.
Təəssüf ki, Elman Abbasovun bu qanunsuz əməllərinə və məmura yaraşmayan hərıkətlərinə dur deyən tapılmır. Hətta vəziyyət o qədər nəzarətdən çıxıb ki Elman Abbasov və qudası Kaməddin Məstiyev Prezidentin "məmurlar özlərini sadə xalqdan üstün tutmamalı, əyləncə ilə yox, xalqın problemləri ilə məşğul olmağı düşünməlidirlər” fikrini də unudublar. Məhz ona görədir ki, rayonun maliyyə sektorunda acınacaqlı bir durum hökm sürür, anarxiya baş alıb gedir.
Bütün bu cəzasızlıq mühitinin yaratadığı ab-havadır ki, Elman Abbasovun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rauon şöbəsinin müdiri olan oğlu Cəlil Abbasovun qısa müddətdə aldığı bahalı xarici maşını hansı pulla aldığı da soruşulmur. Amma biz bununla bağlı tutarlı faktlarımızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləyin.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

AzToday.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: eylence, Lerikde, iki, mekani, hansi, tikilib, memurun, pulla, Xezer
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ