SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Pirallahı başçısı qatili müdafiə edir?

Pirallahı başçısı qatili müdafiə edir?

Tarix:

23-01-2017, 09:12

/ 3 639 dəfə oxundu.
Pirallahı başçısı qatili müdafiə edir?

Pirallahı rayon İcra hakimiyyətinin işçisi Manaf Manafovun törətdiyi ölümlə nəticələnən yol-qəza hadisəsi araşdırılmır

Bu barədə zərərçəkmiş Cəmşid İrzaquliyev məlumat verib.

Saytımız vasitəsilə ölkə rəhbərinə müraciət ünvanlayan C.İrzaquliyev hadisə ilə bağlı qaranlıq məqamları açıqlayıb:

“02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda, oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, keçidin üzərində Pirallahı rayon İcra hakimiyyətinin işçisi Manaf Manafovun (özüdə maşında olmaqla) xidməti istifadəsində olan 10-AS-649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (bu gündə bizdə şübhə var ki, sükan arxasında o özü olub) həyatına son qoyulub. Oğlumun vaxtsız ölümü ilə ailəsi başsız qalıb.

Qeyd edim ki, Tariyel əvvəllər böyrək çatışmamazlığından əziyyət çəkib və 2006-cı ildə İranda əməliyyat olunub. Onun sağalması üçün 10 il İranın yollarında bütün olan-qalan mülkümüzü xərclədik. Lakin, bizi ən çox ağrıdan isə həyatda qalması üçün, özünün çəkdiyi o qədər acı və məhrumiyyətlərin bir nadanın müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu.

O qudurğanlar ki, başda Manaf Manafov olmaqla onlar hadisəni törətdikdən sonra maşını saxlamamış, sürətlə hadisə yerindən uzaqlaşıb. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan alçaq bir hərəkətlə oradan uzaqlaşıblar.

Bunu görən, hadisə yerinin yaxınlığındakı 981 saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkənda morq deyilən bir yerə çatdırmışlar.

Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmayıb. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməməsi, əksinə tülkü kimi kənardan gedişatı müşahidə etməsi, onun nə qədər qudurğan və mənəviyyatsız biri olmasını göstərir”.

Daxil olan müraciətdə deyilir: “Cənab Prezident, ilkin istintaqın Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən bir tərəfli qaydada aparılması səbəbindən Sizə və aidiyyatı orqanlara etdiyimiz çox saylı müraciətlərdən sonra, iş alınıb 14.10.2016-cı il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsini Nəqliyyat şöbəsində icraata verilib.

Təəssüf ki, işin həmin şöbədə olmasından da artıq 2 ay yarım keçməsinə baxmayaraq, bu günə kimi əsl cinayətkarın üzə çıxarılması yönündə heç bir əməli tədbir görülməyib. Şöbə indiyə qədər sadəcə qovluğa əhəmiyyətsiz kağızlar doldurmaqla məşqul olub.

Hətta bu günə kimi, maşında olub da ilkin “təqsirli” bilinənlərdən heç biri haqqında da həbs qətimkan tədbiri seçilməyib. Bu da hələ həmin şöbənin müdiri Vüqar Əhədovun özünün dediyi kimi, guya DİN və Baş Brokrorun nəzarətində olan işdir ki, onun da Vüqar Əhədov tərəfindən ciddiyə alınmaması göz qabağındadır.
Bizi ən çox narahat edən digər məsələ isə, hadisədən 4 aydan artıq bir zaman keçməsinə baxmayaraq, insanlıq və humanistlik hislərindən uzaq olan Manaf Manafov haqqında YAP mərkəzi aparatına və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova indiyə kimi etdiyimiz müraciətlərdən dolayı onun haqqında heç bir tədbir görülməməsidir.

Rayon sakinlərindən verilən məlumatlara görə işlədiyi yerlərdə (həmçinin də Nizami rayonunda) YAP adından maskalanaraq çox çirkin əməllərlə məşğul olan bu şəxs bütün bu olanlardan sonra da, YAP rayon təşkilatının sədrliyində qalmaqda davam edir.

Təbii ki, buna havadarlıq edən də başçı Vasif İmanovdur. Təəssüf ki, Sizin bütün çıxışlarınızda zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikiri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmayıb. Diqqətə alınsa idi, maşında olanlar bu günə kimi Vasif İmanov tərəfindən qorunaraq vəzifələrində saxlanılmazdılar.

Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı- yəni 06.09.2016-cı il tarixdə həmin Rayonun İcra başçısı Vasif İmanov qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı İcra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşqul idi. Sanki, bir gəncin taleyindən söhbət getmirdi. O bu hadisəni “yuxarılara” çatmamasını məsləhət edir və güya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı, yalnız maddiyyətdə görən mənaviyyatsızlar) özü də daxil olmaqla hadisəni törədənlərə tövsiyyə edirmiş. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də hadisə zamanı maşında olanlardan Niftəliyev Həsəni sorğularkən (bu da icra hakimiyyətinin işçisidir və bu gün də vəzifəsində saxlanılır), onun qorxudan titirədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov hətta bizim yanımızda onu kobud şəkildə təhqirdə etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eyibəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında, bizim şübhələrimizi daha da artırmış oldu.

Cənab Prezident,

Vəzifəsindən asılı olmayaraq tutduğu bu cür qeyri insani və mənaviyyatsızlığa görə Manaf Manafovun Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Ali bir partiyanın yerli təşkilatının başında olması böyük utancdır və yerli təşkilatda olan ləyaqətli insanlara bir hörmətsizlikdir .

Sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə və bu hadisədə əsl cinayətkarın üzə çıxarılmasının sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”.

Şərhlər

XƏBƏR LENTİ