yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qax sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT

Qax sakinləri nədən narazılıq edir? - ŞİKAYƏT
9-05-2017, 09:23 58 123 dəfə baxılıb
yüklənir...

«Darvazam dağıldı, qonşunun hasarı uçdu... Toyuq-cücələr suyun altında qaldı. Hələ də evindən, zirzəmisindən su çəkənlər var». Bunu Qaxın Cüdürlü kənd sakini Rüstəm Məhərrəmli deyir. Mayın 5-də axşam saatlarında başlayan leysan səhərə yaxın kəssə də, fəsadlarını hələ də yaşayanlar var. Qapıçayın daşması Cüdürlü və Marsan kəndlərindəki evlərin, zirzəmilərin su ilə dolmasına, təsərrüfatların xeyli zərər çəkməsinə səbəb olub.

Sakinin deməsinə görə, iri əkin sahələri, bostanlar, toyuq-cücə təsərrüfatları suyun altında qalıb:«Kəndlilər daha çox toyuq-cücə saxlamaqla məşğul olurlar. Elə özümün xeyli hinduşkam, toyuğum tələf oldu. Bostan suyun altında qaldı».

Marsan kəndində leysandan iki gün keçməsinə baxmayaraq, hələ də evinin zirzəmisindən su boşaldanlar var. Kənd sakini Həsən Səlimov deyir, əkin sahəsi və həyətdəki quşçuluq təsərrüfatı məhv olub.

Kəndlilər təbii fəlakətin vurduğu zərərin qarşılığında hökumətdən kompensasiya istəyirlər. Qax rayon İcra Hakimiyyətindən isə bildirilib ki, selin kəndlərə vurduğu zərərlər aradan qaldırılır: «Bu işlərlə rayonun fövqəladə hallar komissiyası məşğul olur. İşıq, qaz xətləri bərpa olunub, kəndlərdə işıq problemi yoxdur. Hazırda selin təsərrüfatlara vurduğu zərərlər qeydə alınır».

Selin məhv etdiyi quşçuluq və əkin təsərrüfatlarına görə kəndlilərə kompensasiya ödənilib-ödənilməyəci ilə bağlı sualı qurum cavablandırmayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qax, ShKAYET, edir, sakinleri, naraziliq, neden,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ