SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxın icra başçısından prezidentə şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin…”

Qazaxın icra başçısından prezidentə şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin…”

Tarix:

8-05-2017, 19:37

/ 76 217 dəfə oxundu.
Qazaxın icra başçısından prezidentə şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin…”

Son günlər adı mətbuatda mənfi olaylarla yanaşı hallandlırılan Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun növbəti özbaşınalığı ilə bağlı elektron ünvanımıza növbəti şikayət məktubu daxil olub.
1959-cu il təvəllüdlü rayon sakini Məhərrəmova Tərlan İsaxan qızı saytımız vasitəsilə prezident İlham Əliyev cənablarına və və 1-ci vitse – prezident Mehriban xanım Əliyevaya müraciət edərək başına gətirilən haqsızlıqlardan yazıb.
“Məni və qızım Samirəni Rəcəb Babaşovun əlindən xilas edin” cümləsi ilə başlayan şikayət məktubunu həyacansız oxumaq mümkün deyil. Sözügedən məktubdan bəzi hissələri diqqətinizə təqdim edirik:
“Biz qaçqın ailəsiyik. Əslimiz-kökümüz Qazax rayonunun Bağanıs Ayrım kəndindəndir. Oğlum Məhərrəmov Sərxan Vaqif oğlunu hərbçi kimi vətənə vermişəm. Qazaxın Cəfərli kəndində, düşmənin qaynar təmas xəttində ölkəmizi qoruyur. Özüm doğum evində işləyirəm. Yoldaşım Məhərrəmov Vaqif yataq xəstəsidir.
Qızım Məhərrəmova Samirə Vaqif qızının himayəsində 3 oğlan uşağı var. Cəbhədə olan oğlumun uşağını da qızım Samirə saxlayır. Qızım Samirə 5 aydır, Qazaxda yerləşən müəssisələrin birində işləyirdi. Bir neçə gün öncə İcra Başcısı Babaşov Rəcəb qızımın iş yerinə gedib və orada qızımı başqa şəxslərin yanında (ifadəmə görə üzr istəyirəm) əxlaqsız adlandırıb, sonra isə həmin obyekti mənim qızıma görə bağladıb. Mən bunu eşidəndə təzyiqim qalxdı, huşumu itirdim, özümdən getdim. Təcili yardım çağırtdırıb mənə ilkin tibbi yardım göstərildi. Hələ də özümdə deyiləm. Rəcəb Babaşov nəyə görə məni və qızımı bütün rayonda təhqir etməlidir? Ona bu ixtiyarı bu səlahiyyəti kim verib? Mənim 58 yaşım var, bizim rayona hələ belə rəhbər gəlməyib. Rayonda onun təhqir etmədiyi adam qalmayıb. Hər kəs bu başcının əməllərindən danışır”.
Şikayətçi daha sonra icra başçısının qarabaqara onları izlədiyini iddia edir: “Bu gün bizə icra hakimiyyətindən məktub gəlib ki, 3 günə evin artırmasını sökəcəklər. Halbuki həmin artırmaya Rəcəb Babaşov şəxsən özü icazə vermişdi. Hətta biz buna görə Rəcəb Babaşova minnətdarlıq məktubu da yazmışdıq. İndi isə ondan Adminstrasiya şikayət etdiyimiz üçün həmin artırmanı sökdürmək niyyətindədir”.
Məktub müəllifi prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan icra başçısının qanunsuz əməllərini durdurmalarını xahiş edir: ”Xahiş edirəm, Rəcəb Babaşovun əməllərinə son qoyun. Onu durdurun. Qazaxlılara kömək edin. Siz həmişə məmurlara tapşırıq verirsiniz ki, əhalini dolandırın, onlarla nəzakətlə davranın. Amma Rəcəb Babaşov kimiləri Sizin dediklərinizin əksinə gedir. Rayon rəhbəri də qadına belə ağır söz deyərmi, cənab Prezident? Mənim bu çağırışımı bir ananın və bir Azərbaycan qadınının fəryadı kimi qəbul edin. Mənim qızım uşaqlarını nəylə dolandırsın? İşlək bir müəssisəni bağlatmağı hansı məntiqlə izah etmək olar?”

Qarşı tərəfin mövqeyni də dinləməyə və dərc etməyə hazırdır.

Dosye.az

Şərhlər

XƏBƏR LENTİ