SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda saxta hərbi bilet alanlar xidmətdən yayındırılır

Masallıda saxta hərbi bilet alanlar xidmətdən yayındırılır

Tarix:

5-05-2017, 17:39

/ 141 072 dəfə oxundu.
Masallıda saxta hərbi bilet alanlar xidmətdən yayındırılır

Hərbi prokurorluq Fərzullayevlərin saxtakarlığını niyə araşdırmır?
Redaksiyamıza Masallı rayonundan daxil olan məlumatda bildirilir ki, rayonda gənclərin həqiqi hərbi xidmətdən kütləvi yayınma halları baş verir.
Belə ki, müraciət sahibləri saxta xəstəlik kağızları ilə özlərinə hərbi bilet alan gənclərin sayının dayanmadan artdığını yazırlar.
Məsələ ilə bağlı “Realliq.info” – nun apardığı araşdırmalar qeyd olunan faktları təsdiq edir. Masallı rayonundan həqiqi hərbi xidmətdən yayınanların sayının çoxalmasının əsas səbəbi rüşvət yolu ilə əldə edilən saxta xəstəlik arayışları və sənədləridir.
Araşdırmalar göstərir, rayonda elə ailələr var ki, orda hər iki uşaq saxta sənədlə hərbi xidmətə yarasız qeyd olunur. Misal üçün Masallının Bədəlan kəndində qeydiyyatda olan Fərzullayev ailəsini qeyd etmək olar. Ailədə iki oğlan var – Fərzullayev Nicat Sücayət və Fərzullayev Fərid Sücayət oğlu. Hər iki şəxs hərbi xidmətə yararlı olsalarda lakin onlara “dəlilik” və digər saxta xəstəlik diaqnozu qoyulub. Halbuki Nicat və Fərid Fərzullayevlər dəfələrlə Masallı rayon Mərkəzi Xəstəxanasında işlə bağlı sağlam olduqları haqqında arayışlar alıblar. Masallı hərbi komissarlığı bu faktlara göz yumaraq onlara qanunsuz olaraq Hərbi xidmətə yarasız adı ilə hərbi bilet verib.
Adıçəkilən şəxslərin atası Fərzullayev Sücayət bildirir ki, Masallıda təkcə onlar belə bilet almayıblar – “hamı necə alıb bizdə almışıq. Əlimizdə sənəd var”.
Respublika Hərbi Prokurorluğunun münasibətini gec olduğundan öyrənə bilmədik. Masallı hərbi komissarlığından və Lənkəran Qornizon prokurorluğundan bildirdilər ki, yazıda qeyd olunan faktlar varsa araşdırılacaq və tədbir görüləcək.
Qeyd edim ki, Masallı rayonu Bədəlan kəndində yaşayan Fərzullayevlərin digər qohumları da saxta hərbi bilətlərə yiyələniblər. Bu barədə ətraflı məlumat verəcəyik.
Fərzullayev Nicat və Fərid qardaşlarının saxta hərbi biletlərlə həqiqi hərbi xidmətdən yayınmaları ilə bağlı Respublika Baş prourorluğuna və Hərbi prokurorluğa rəsmi müraciət ünvanlanıb. Saytın baş redaktoru adından ünvanlanan müraciəti qısa zamanda mediada işıqlandıracağıq.
Ümid edirik ki, qanunları pozmaqla, saxta yollarla həqiqi hərbi xidmətdən yayınanlar qanun qarşısında cavab verəcək və cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Növbəti yazımızda Fərzullayev Nicat və Fərid qardaşlarına saxta diaqnoz qoyub sənəd verən həkimlərn və qanunsuz yolla hərbi bilet verən şəxslərin adlarını açıqlayacağıq.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

Şərhlər

XƏBƏR LENTİ