yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu kənd bütün rayonu yönəldir... - Tovuzlular şikayətçidir

Bu kənd bütün rayonu yönəldir... - Tovuzlular şikayətçidir
5-05-2017, 12:43 139 930 dəfə baxılıb
yüklənir...

Redaksiyamıza Tovuzdan şikayət məktubu daxil olub.Yazan tovuzlular deyir ki, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov gəldiyi ilk gündən rayonda yerliçiliklə məşğuldur. Onlar bildirirlər ki, Tovuzun idarə-müəssisə rəhbərlərinin əksəriyyəti Qovlar qəsəbəsindəndir. Zeynalovların yaxın qohumlarıdır. Camaat şübhə ilə deyir ki, yəqin korrupsiya, dövlət vəsaitinin mənimsənməsi və sair qara əməlləri kənara çıxmasın deyə T.Zeynalov öz ətrafına yerlilərini və qohumlarını yığıb. Hazırda tovuzlular öz icra başçılarından dad edirlər. Onlar deyirlər ki, bəlkə icra başçısı kənardan, başqa bölgədən olsaydı onlara bu qədər zülm etməzdi.
Tovuz camaatı ölkə prezidenti İlham Əliyevə bizim vasitəsitəmizlə müraciət edib. Onlar ölkə başçısından xahiş edirlər ki, Tovuz kimi böyük, əhalisi çox olan, ən əsası, Ermənistanla sərhəddə yerləşən bir rayona işgüzar, xalqa can yandıran bir kadr göndərsin. Tovuzlular bildirirlər ki, Tofiq Zeynalov kimi icra başçısı ilə bu qədər müddət yol gediblər, daha dözümləri qalmayıb.

Narazı sakinlər yazır: “Tofiq Zeynalov bu məsuliyyətli işin öhdəsindən çox pis gəlir”. Qeyd edək ki, Tofiq Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Tovuzlular, shikayetchidir, yoneldir, butun, kend, rayonu, , Bu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ