SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət

Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət

Tarix:

5-05-2017, 09:06

/ 143 448 dəfə oxundu.
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə,
Azərbaycan Respublikasının Daxili İşlər naziri
cənab R.Usubova,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova,
H.Əliyev Fondunun prezidenti xanım M.Əliyevaya,
Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə
Şəki şəhəri, M.cabbarov küçəsi ev 13-də yaşayan Rəfiyev Natiq Cəlil oğlu tərəfindən
“ Qnet LTD “ şirkətinin nümayəndəsi olmuş Cabbarlı Turan Tahir oğlunun qanunsuz hərkətləri ”barədə


Ş İ K A Y Ə T

Yazıb bildirmək istəyirəm ki, təxminən iki il əvvəl əslən Şəkil olan və hazırda Bakının Sabunçu rayonu, Nikolay Anaşkin küçəsi ev 26 ünvanında yaşayan Cabbarlı Turan Tahir oğlu Şəkiyə gələrək özünü “Qnet LTD” şirkətinin nümayəndəsi kimi təqdim edərək 150-yə qədər savadsız adamları işində mən də daxil olmaqla aldadaraq Azərbaycan respublikasının nüfuzlu şəxslərinin adından istifadə edərək hər bir şəxsdən 1890 manat və daha çox məbləğdə pul alaraq dələduzluq etmişdir.
Bu şirkətin nümayəndəsi bizi aldadıb vəd vermişdir ki, verdiyiniz 1890 manat pulu hesabınıza oturduqdan sonra hər ay 200 manat əmək haqqı alacaqsınız.və sonda 2000 manat və daha yüksək miqdarda pensiya alacaqsınız. Bu adam Azərbaycanın birinci xanımının adından bu işlərin görülməsində istifadə etdiyinə görə pullarımızı ona vermişik. Onu da qeyd edim ki, T.Cabbarlı öz şəxsi komputerində Ulu öndərimiz H.Əliyevin şəkli olan qızıl medalı bizə göstərərək deyirdilər ki, özünüzdən başqa QNET adlı şəbəkəyə daha 10 nəfər cəlb etsəniz həmin hazırlanan qızıl medalı əldə edə bilərsiniz. Amma sonda bizi aldadıblar. İndi T. Cabbarlı gedib oturub Bakıdakı evində. Zəng edəndə deyir ki, mən də sizing kimi aldanmışam. Pulumuzu vermir. Digər yoldaşlarımızın şikayəti sayəsində məlumat almışıq ki, T.Cabbarlının qanunsuz hərəkətləri barədə şikayətlərə görə ona Bakı Baş polis İdarəsinin İstintaq və Təhqiat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində CM-nin 178.3.1-ci maddəsi ilə 160200073 saylı cinayət işi açılaraq istintaqı aparılır.

Xahiş edirik bizi də bir zərəçəkmişlər kimi müraciətimizə bu istintaq işində baxılmasına köməkli edilməsi üçün göstəriş verəsiniz.

Qoşmalar: DİN-nin polis general-mayoru S.Əzimovun məktubun surəti,

Şəxsiyyət vəsiqəsinin surəti, Bizə məcbur yazdırılan 10 nəfərin siyahısı
İmza: Rəfiyev Natiq Cəlil oğlu ( mob. 055-4011212)

Qarşı tərəfi də dinləməyə hazırıq...

xalqxeber.az
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət
Şəki sakini “ Qnet LTD “ şirkətinin fırıldağının qurbanı olduğunu deyir. - Müraciət

Şərhlər

XƏBƏR LENTİ