yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Əgər doğrudan da mənim sənədlərim yox idisə..." - Masallıdan şikayət

3-05-2017, 16:05 56 814 dəfə baxılıb

Masallı Rayon Polis İdarəsinin istintaq bölməsinin rəisi Anar Xəlilov və iş adamı Aydın Sahibov tərəfindən aldadılaraq torpaq sənədləri əlindən alınan Bədəlan kənd sakini Şahdigar Teymurov məsələ ilə bağlı yeni məqamların üstünü açıb.
O, açıqlamasında bildirib ki, 20 ildən artıq bir müddətdə yaşadığı evin həyatyanı ərazisini əlindən almaq üçün müxtəlif saxta işlərə, qanunsuz əməllərə əl atıblar: "Mənim həyətimə göz dikən Aydın Sahibovun mənim kimi kasıb adam deyil, biznesmendi. Elə buna görə də içi aparan Anar Xəlilovu çoxdan ələ alaraq, qanunsuz addımlar atmasına sövq edə bilib. Onlar bu torpağı almaqdan ötrü müxtəlif yollara baş vurdular, alınmadı. Axırda torpağı mənə verən şəxsi ələ alaraq, yalandan ifadə verməyə məcbur etdilər. Mənə bu 0.06 ha torpaq sahəsini Masallı Rayon Aşurlu Birgə Kəndli Fermer Təsərrüfatından (BKFT) ayrılıb. Torpağın alındığı 1997-ci ildə sənədləri BKFT-nin rəhbəri işləmiş Əzizov Əhmədağa Xeyrulla oğlu verib. Ə.Əzizov Aydın Sahibovun qaynı oğlu oldu. Elə bu yaxınlığa görə, o polisə yalandan ifadə verərək, 1997-ci ildə mənə torpağı saxta sənədlərlə verdiyini bildirib. Aydın Sahibov ona deyib ki, sən sənədin saxta olduğunu de, polislə mən danışmışam, sənə heç bir cinayət işi açılmayacaq. Əhmədağa Əzizov da qohumunun xeyrinə danışıb və mənim torpaqlarımı əlimdən almaq üçün polis və iş adamı ilə əlbir olub. Əslində, əgər doğrudan da sənəd saxtadırsa belə, burada mənim bir günahım yoxdu. 20 il əvvəl torpaq almışam, həmin sənədi icra Hakimiyyətinə təqdim edərək orada ev tikmişəm, yurd salmışam, təsərüfat qurmuşam. İndi bir adam çıxıb deyir ki, sənin sənədlərin saxtadır, çıx burdan ver mənə. Belə şey olar?!”
Maraqlı məqam isə ondan ibarətdir ki, Əhmədağa Əzizov saxta sənəd verdiyini etiraf etsə də, polis ona qarşı hər hansı cinayət işi qaldırmayıb, hər hansı məsuliyyətə cəlb etməyib: "Belə çıxır ki, bu adamın verdiyi bütün sənədlər saxtadır? Mənim kim yüzlərlə adam torpaq alıb. Onların sənədləri də yoxlanılmalıdır onda? Hər şeydən əlavə isə, mərhum prezident Heydər Əliyev o vaxt sərəncam vermişdi ki, istifadədə olan bütün torpaqlar kəndlilərin adına rəsmiləşdirilsin. Hətta sənədi yoxdursa belə. Belə olan halda bunlar nə iş açırlar başımıza?”
Ş. Teymurov oğlu Z. Teymurovun adına olan torpağı 1997-ci ildə aldığını, A. Sahibovun isə buraya 2004-cü ildə gəldiyini xatırladaraq Daxili İşlər Nazirliyinin onunla bağlı açıqlamasına da aydınlıq gətirib: "DİN-dən bu işlə bağlı verilən açıqlamada deyilir ki, guya mən Aydının torpağını zəbt eləmişəm. Axı necə zəbt eləmiş ola bilərəm? Mən orada 1997-ci ildən yaşayıram. Onun saxta sənədi isə 2004-cü ildə verilib. Kim kimin torpağını zəbt edib, tarixlərdən bəllidir. Vətəndaşların təhlükəsizliyini qoruçmalı olan bir qurumun mətbuat xidmətindən belə məsuliyyətsiz açıqlamanı oxuyanda əlim hər yerdən üzüldü. Belə çıxır onların işi qanunları pozan, cinayətə əl uzadan əməkdaşalarını müdafiə etməkdən o tərəfə getmir. Mən inanmıram Ramil Usubov kimi dövlətçi bir adamın bu səriştəsiz əməkdaşlarından xəbəri olsun. Mənim hüquqlarımı qorumaq əvəzinə mənə hücuma keçirlər”.
Çarəsiz durumda qalan kəndli daha sonra əlavə edib ki, bütün hallarda torpağın Aydın Sahibova satılması qanunsuzdur: "Qaydaya görə torpaqlar əvvəlcə kənd sakinlərinə təklif edilməlkidir. Əgər doğrudan da mənim sənədlərim yox idisə, qanunsuz idisə, onda yenə də həmin torpaq ilk olaraq mənə təklif olunmalıydı. Əvvəla mənim istifadəmdədir, həyatyanı ərazimdir, ikinci də mən bu kəndin sakiniyəm. Amma nədənsə nə mənə, nə də digər həmkəndlilərimə deyil, bu torpağı bizdən xeyli uzaq olan Kolatan kənd sakininə satıblar. Sual olunur niyə? Başqa bir sual isə odur ki, niyə bu məqam heç bir dövlət orqanının diqqətini çəkməyib. Mənim həyətim necə ola bilər ki, başqa kəndin sakininə satılsın? Bu qanun harda var? Əgər mən və ya kənd sakinləri bu torpağı almaq istəməsəydilər, hərrac yolu ilə başqa kənddən birinə satıla bilər. Lakin bunlar elə göydəndüşmə kimi gəliblər. Aydın Sahibov bizim kənddən torpaq almaq üçün 5 il burada yaşamalıdır. Amma o başqa kəndin sakinidir. Bu faktlar işin qurama olduğunu göstərmir? İş adamı deyilik deyə, başımıza hər oyun açılmalıdır?”

BakiPost.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shikayet, idise, , Eger, da, Masallidan, dogrudan, menim, senedlerim, yox
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ