yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Astarada biabırçı mənzərə... - ŞİKAYƏT

Astarada biabırçı mənzərə... - ŞİKAYƏT
2-05-2017, 15:39 58 659 dəfə baxılıb
yüklənir...

«1996-cı ildə transformator xarab oldu, apardılar düzəltməyə, o aparan, bir də qaytarıb gətirmədilər. 21 ildir işıqsız qalmışıq, neft lampası işlədirik». Bunu Astaranın Səkəşam kəndinin sakinləri deyir.
Kənd sakini Əfqan Əliyevin sözlərinə görə, kənddə qaz, telefon xətti yerli-dibli olmayıb. İşığa gəlincə, 21 il əvvəl xarab olan elektrikpaylayıcı şiti düzəltməyə aparıblar, bir daha geri qaytarmayıblar.
Kənddə əvvəllər 30-40 ailə yaşayırmış. Kənd sakininin deməsinə görə, yolsuzluq, işıqsızlıq, qazsızlıq kəndliləri didərgin salıb: «İndi kənddə 4-5 ailə qalıb. Ancaq biz buranı tərk etmək fikrində deyilik. Bu kəndin tarixi var, qədimi kənddir, niyə atıb gedək ki?.. Qaz, işıq, yol, telefon xətti çəkilsə, havası təmiz, torpağı bərəkətlidir. Adamlar da belə problemlərdən bezib ev-eşiklərini atıb gediblər».
Mirmüseyib Ataxanov 10 il əvvəl bu kənddəki sosial problemlərdən bezərək rayonun başqa kəndinə köçüb. O, dağətəyi kəndin başqa kəndlərlə məsafəsinin cəmi 2 kilometr olduğunu deyir: «Mən o kənddə yaşamışam, indi başqa kəndə köçmüşəm. Kənddən qaçmanın əsas səbəblərindən biri yolun bərbadlığı oldu. Kənd çox yüksəklikdə deyil və qonşu kəndlərlə arası vur-tut 2 kilometrdir. İkicə kilometr yolu düzəltmirlər. İnsanlar əziyyət çəkir. Nə qədər «kəndimdir, atıb getmərəm» desən də, bir gün insan bu problemlərdən tamamilə çökür və qaçmağa məcbur olur».
Mirmüseyib Ataxanov kənddə elektrik enerjisi olmadan yaşamağın çətinliyindən də danışır: «Orada 21 ildir işıq yoxdur. Sovet vaxtı quraşdırılmış sayğaclar, bir də elektrikpaylayıcının pas atmış qalıqları qalıb. Biz generatordan istifadə edirdik, hər dəfə generatoru qonşu kənddə yaşayan qohumun evinə aparırdıq, enerji yığırdı, qohuma 5-6 manat verib, generatoru götürüb qayıdırdıq kəndə. Generatordan istifadə bizə hər ay, azı, 90-100 manata başa gəlirdi. Buna imkanı olmayanlarsa neft lampasından istifadə edir. Evlərdə televizor, soyuducu tapmazsan. Çox elektrik aparır deyə, istifadəyə yararsız əşya kimi hamı aparıb rayonda satıb».
Astara rayon İcra Hakimiyyətindən bildirilib ki, «Azərişıq» ASC-yə müraciət olunsa da, kəndin işıq probleminin həlli mümkün olmayıb. Səbəbsə kənddə vur-tut 4-5 ailənin yaşamasıdır: «4-5 ailədən ötrü o boyda yol, işıq, qaz, su layihələri həyata keçirmək mümkün deyil. O sakinlərə yaxın kəndlərə köçürülmə təklifi olunub. Razılıq versələr, hökumət yerləşmələrinə hər cür şərait yaradacaq».
İcra hakimiyyətindən kənd sakinlərinin bundan əvvəl kəndi sosial problemlərə görə tərk etmələrinə də münasibət bildirilib: «O kənddə ta Sovet vaxtından elə 30-40 ailə yaşayıb. O ailələrin başqa yerlərə köçü hələ 70-ci illərdə olub – təxminən 75-85-ci illər arası... Sovet dağılanda onda heç 10-12 ailə qalmamışdı. Əlbəttə ki, kənddə ailə təsərrüfatları çoxalsa, ora yol da çəkilər, qaz da, işıq da... Yoxdur axı, heç kəs gəlib yaşamaq istəmir. Hamı mərkəzə yaxın yerlərə üz tutur».
İndi kənddə qalan ailələr başqa yerə köçməməkdə israrlıdırlar. Onlar, azı, 400 il tarixi olduğunu iddia etdikləri bu kəndin yaşadılmasını istəyirlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ShKAYET, menzere, , biabirchi, Astarada
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ