SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəhidlərimiz Lənkəranda da yad olundu - Fotolar

Şəhidlərimiz Lənkəranda da yad olundu - Fotolar

Tarix:

20-01-2017, 18:33

/ 2 295 dəfə oxundu.
Şəhidlərimiz Lənkəranda da yad olundu - Fotolar

20 Yanvar faciəsinin 27-ci ildönümü Lənkəranda da ehtiramla qeyd olunub.

xalqxeber.az-ın məlumatına görə, minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad ediblər.

Mərasimə qatılan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlər xatirə kompleksinin önünə tər çiçəklər düzüb. İcra başçısı eyni zamanda abidə önundə şəhid ailə üzvləri ilə görüşüb söhbət edib və onların qayğıları ilə maraqlanıb.

Daha sonra ümumrayon ziyarəti başlayıb.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində isə 20 Yanvar hadisələrinə həsr edilmiş rəsm sərgisi təşkil olunub. İcra başçısı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri sərgidə düzənlənən rəsm əsərləri ilə tanış olublar.

Şəhidlərimiz Lənkəranda da yad olundu - Fotolar
Şəhidlərimiz Lənkəranda da yad olundu - Fotolar
Şəhidlərimiz Lənkəranda da yad olundu - Fotolar

Şərhlər

XƏBƏR LENTİ