yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

BEYLƏQAN SƏHİYYƏSİ BƏRBAD VƏZİYYƏTDƏ-FOTO

BEYLƏQAN SƏHİYYƏSİ BƏRBAD VƏZİYYƏTDƏ-FOTO
2-05-2017, 12:02 57 982 dəfə baxılıb
yüklənir...

Ölkə rəhbəri hər zaman xalqının sağlam həyat tərzi keçirməsinə nail olmaqdan ötəri səhiyyə sahəsinə yüksək diqqətini ayırmaqdadır. İlham Əliyevin səhiyyə sahəsinə ayırdığı milyonlar regionlarda sömrülərək xalqa xidmətə deyil, özəl bizneslərin yaradılmasına qulluq etməkdədir. Səhiyyə naziri Oktay Şirəliyevi aldadan bu şəxslər, səhiyyə üzərindən milyonları qanunsuz olaraq mənimsəyir və xalqa açıq desək işgəncə tərzli həyat sürmələrinə nail olmaqdadırlar. Belə səhiyyə ocaqlarından biridə məhz Beyləqanda yerləşən "AzMed" klinikasıdır ki, vətəndaşlara istədikləri qiyməti deyərək nəğd pullar almaqla yanaşı göstərdikləri xidmətin ödəniş qəbzini təqdim etməməkdədirlər. Beyləqan rayon RMX-nın bəzi həkimlərinində məhz adı xəstəxanada özü isə "AzMed" klinikasında fəaliyyətdə olması bariz nümunədir. Redaksiyamıza daxil olan məlumata görə.
Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür. İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir.
"AzMed" klinikası RMX-nın tanınmış həkimlərindən birinin qardaşına məxsusdur. Həmin həkimlə baş həkim Əli Məmmədovun isti münasibətləri sayəsində "AzMed" və rayonda yerləşən "NAFTALAN Müalicə Mərkəzi" qanunlara tabe olmaqdan boyun qaçırmaqdadırlar.Əməkdaşlarımızın Beyləqana ezam olunmalarından əldə edilən şok görüntülər bununlada bitmir. AzTV region üzrə əməkdaşına Rayon Mərkəzi Xəstəxanası ilə bağlı tərif yağdırılan rolik hazırladaraq özünü reklam etməsidə əməkdaşlarımız tərəfindən aşkarlanıb. Kanal əməkdaşı öz qohumlarını xəstəxananın qarşısına yığaraq Əli Məmmədova şəninə layiqmiş kimi tərif yağdırmasından sonra həmin çəkimin haqqını zərfdə almağıda unutmayıb.
Bundan savayı Əli Məmmədov yaxın dostluq münasibəti olan və vaxtı ilə məhkəmə qərarı ilə səhiyyə fəaliyyətinə qadağa qoyulmuş şəxsi yenidən vəzifəyə qaytarılmasında böyük köməkliklər göstərdiyində verilən məlumatlara daxildir. Həkimlik faliyyəti məhdudlaşdırılan şəxs bu gün rayonun bir çox səhiyyə və biznes şəbəkəsinin əsas simasıdır...
Əli Məmmədovun rayon səhiyyəsini iflic duruma salması barədə redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, rayonda səhiyyə hərc-mərcliklə idarə edilir. Məlumatlar bununlada bitmək bilmir ki, bilmir. Rayon səhiyyəsinin iki şəxsin əlində cəmləşməsi qeyd edilən faktlardanda həqiqət olduğu məlum olub. Belə ki, Qanunsuz olaraq kəndlərdə Aptek fəaliyyəti və tibbi yardım məntəqəsi əvəzinə evlərdə müayinələr aparılmaqdadır - deyə sakinlər bildirib. Həmin şəxslərin isə Beyləqan RMX-nın baş həkimi Ə.Məmmədov tərəfindən himayə edildiyi vurğulanır. Səhiyyə Nazirinin bir başa göstərişi əsasında qanunsuz fəaliyyət göstərən aptek və klinikaların fəaliyyətini nəzarət şöbəsi tərəfindən mütəmadi yoxlanılması göstərişi verilsədə Əli həkimin sayəsində bu qanunsuz fəaliyyətlərə toxunan tapılmır desək yanılmarıq.

Tuallet qapısı baqlı qalan Mərkəzi Xəstəxana....
Ə.Məmmədov hegemonluğu Beyləqan rayon sakinləri və bu səhiyyə ocağına yolu düşən xəstə vətəndaşların müalicəsi ərəfəsində mədəniyyətin bağlı qaldığı qapılarında olduğunu nəzərinizə çatdırmaq istərdik. O mədəniyyət ki, bütün dünyaya müsəlmanlar tərəfindən gətirilib. Amma təəssüflər olsun ki, müsəlman olan Azərbaycan xalqının həmin mədəniyyət dediyimiz xəstəxana daxilində Tuallet vətəndaşların üzünə bağlanıb. Bu xəstəxana əməkdaşlarından başqa xəstəxanada həmin tualetdən heç kəs istifadə edə bilmir. Xəstə dözümsüz hala düşür amma o qapı açılmır ki açılmır. Xəstə belə vəziyyətdə xəstəxana xaricində olan Tualletdən istifadə etməyə məcbur edilir. Çöldə olan xəstəxananın tualleti isə fotolardanda gördüyünüz kimi "avropa standartları ilə təmin edilmişdir". Burda Əli həkimə sual etmək istərdik o xəstələrki ağır vəziyyətləri ilə xəstəxana daxilində bağlı qalan qapıdan istifadə edə bilmir... sizdəmi çöldə olan mədəniyyət nümunəsindən istifadə edirsiniz...?

Qanunsuzluqlara qarşı nazirə xahiş...
"AZMED" və "Naftalan" müalicə mərkəzi, "Naftalan" OTELində qanunsuzluqların baş alıb getsə də səhiyyə nazirliyinin nəzarət şöbəsi bu məsələlərə biganə yanaşması gözlə görünən faktorlardandır. Ola bilər ki, nazirlik səlahiyyətliləri bunu inkar etsinlər... Amma gözlə görünən dağa bələdçi gərək olmadığını da xatırlatmaq bu məqamda tam yerinə düşərdi. Cənab nazir Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədovun tez bir zamanda fəaliyyətinin yoxlanılması zərurətini nəzərinizə çatdırmağı özümüzə və xalqımıza borc bilirik. Bununla yanaşı rayon daxilində səhiyyə sahəsinin iflic duruma salınması və buna göz yuman maraqlı şəxslərində qanuni cəzalanmasını sizlərdən xahiş etmək məcburiyyətindəyik.

Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiyadan: yazıda adları çəkilən hər bir şəxsin və idarə rəhbərinin mövqeyini dinləməyə hazırıq...

BakuNews.az
BEYLƏQAN SƏHİYYƏSİ BƏRBAD VƏZİYYƏTDƏ-FOTO
BEYLƏQAN SƏHİYYƏSİ BƏRBAD VƏZİYYƏTDƏ-FOTO
BEYLƏQAN SƏHİYYƏSİ BƏRBAD VƏZİYYƏTDƏ-FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: VEZYYETDE FOTO, BERBAD, BEYLEQAN, SEHYYES
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-07-2017


18-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ