SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdaşda məmur özbaşınalığı tüğyan edir - VİDEO

Ağdaşda məmur özbaşınalığı tüğyan edir - VİDEO

Tarix:

2-05-2017, 11:11

/ 60 297 dəfə oxundu.
Ağdaşda məmur özbaşınalığı tüğyan edir - VİDEO

Bir neçə gün öncə Ağdaş rayonunun Abad kənd sakinləri icra başçısının müavini Əsgərxan Həsənova məxsus süni gölü dağıtmaları barədə mətbuatda məlumat getmişdir.RegionXeberleri.com olaraq hadisə yerində olub sakinlərlə görüşdük.Araşdırma zamanı məlum oldu ki, Ağdaş rayon icra başçısının müavini Əsgərxan Həsənova məxsus Abad kəndində yerləşə\n iki böyük göl var ki, orada balıq yetişdirilir. 5 şəhidin də uyuduğu kənd qəbirstanlığı göllərdən birinin yaxınlığında yerləşdiyi üçün qəbrlərin su basmasına görə qəzəblənmiş sakinlər məcbur olub bəndi uçurdublar.Nəticədə də 15 tondan çox balıq axıb Kür çayına tökülmüşdür.Buna görə icra başçısının müavini Əsgərxan Həsənov kəndə gəlib camaatın qarşısında çıxış etmişdir ki, mənə möhlət verin balıqları 2-ci gölə köçürək. 2-ci göl isə 80 hektar ərazini əhatə edirki oranı əli silahlı şəxslər qoruyur.Həmin mühafizəçilər çöl quşlarının balıqları yeməməsi üçün tez-tez havaya atəş açırlar ki, buda kənd camaatını çox narahat edir. Həmin gölə su kənd arxından gəldiyi üçün sakinləri əkinlərini suvara bilmirlər, susuzluqdan əziyət çəkirlər.
Həmçinin gölü mühavizə edənlərin qaldıqları otağa elektirik xətti çəkilməsi üçün qırmızı kitaba düşmüş dəmir ağaclarını kəsib dirək kimi istifadə ediblər.Gölün hər vaxt daşıb kəndi su altında qoyması təhlükəsi ilə üz-üzə qalmış kənd sakinləri bu qanunsuzluq barədə aidiyyatı orqanlara ərizə ilə müraciətlər ediblər.Onuda öyrəndik ki, həmin gölün biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Təsərrüfatı İdarəsi tərəfindən Abduləli Kərimov adlı kənd sakininə icarəyə verilmişdir.Ancaq bu şəxsin gölə heç bir aidiyyatı olmadığını buranı bir başa Əsgərxan Həsənovun himayəsində olduğunu kənd sakinləri bildirdilər.Həttda gölün yaxınlığında yerləşən hərbi texnikanın hərəkəti üçün salınmış yol dağıdılmışdır.Sakinlər bildirdilər ki, hazırki gölün yeri ot sahəsi olmuşdur ki, kənd camaatı oradan mal-qarasına ot biçib verirdilər. Əsgərxan Həsənovun kommersiya maraqlarına görə abadlıların günü bərbad olmuşdur.
Ağdaş rayon icra başçının müavini Əsgərxan Həsənovun mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutmadı. Ümüd edirik ki, mərkəzi orqanlar bu özbaşınalğı araşdırıb kommersiya ilə məşğul olan harın məmur barədə tədbir görəcəklər.

RegionXeberleri

Şərhlər

XƏBƏR LENTİ