yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Astara icra idarəsi narazılıq yaradır - ŞİKAYƏT

Astara icra idarəsi narazılıq yaradır - ŞİKAYƏT
2-05-2017, 11:07 57 668 dəfə baxılıb

ATE” Hüquq Mərkəzi MMC-nin direktoru Telman Əzimov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri cənab Cavid Hüseynova müraciət edib. Daxil olan müraciəti olduğu kimi təqdim edirik.
Hüquqi xidmət göstərdiyimiz iddiaçı «Ulduz-Elektron» MMC cavabdeh Astara rayon İcra Şöbəsinə qarşı Astara rayon İcra Şöbəsinin icra məmuru Aqşin Əliyevin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2-1(081)-769/2015 saylı icra sənədinin hazıradək icrasını həyata keçirilməməsinin hərəkətsizlik hesab edilməsi tələbinə dair iş üzrə məhkəmə mümkünlük iclası 31 mart 2017-ci il tarixə saat 14:35-ə Şirvan şəhəri Naxçıvan küçəsi-3 ünvanında yerləşən Şirvan Apelliyasiya Məhkəməsinin binasına təxirə salınması barədə 09 mart 2017-ci il tarixdə 2-1(106)-124/2017 saylı iş üzrə məhkəmə bildirişi hakim Zeynal Zeynalovun imzası ilə iddiaçının ünvanına göndərilmişdir.
Göstərilən müddətdə iclas zalına daxil olduq. Cavabdeh iclas zalında iştirak etmirdi. Hakim onun yolda olduğunu bildirərək, gözləməyimizi xahiş etdi. Biz etirazımızı bildirərək cavabdeh tərəfdən verilmiş apelliyasiya şikayəti üzrə mümkünlük iclasının keçirilməsini xahiş etdik. Hakim bizə işin mümkünlüyünə artıq baxıldığını və apelliyasiya şikayətinin icraata qəbul edilib baxışa təyin olunduğunu bildirdi. Çox maraqlı idi, məhkəmə bildirişində mümkünlük barəsində göstərilmişdi. Biz hakimə nə üçün bizə mümkünlük məsələsinə baxılması barədə məlumat verilməmişdir, deyə soruşduq, lakin bu sorğumuz hakim tərəfindən cavabsız qaldı.
Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə nəzər saldıqda, guya ilin sonu olmuş və icra işlərinin çoxluğu ilə əsaslandırılmışdır. Hakim də bunu qəbul etmiş, iddiaçının dəvət etmədən onun cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirmədən, müddəti bərpa etmişdir.
Hakim iddiaçının hüquqlarını pozmuş, gələcəkdə isə hansı qərarı qəbul edəcəyi açıq aşkar özünü göstərirdi. Əgər hakim müstəqildirsə o, qanunları pozaraq nə istəsə edə bilər?

Bizimxeber.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: idaresi, Astara, , icra, naraziliq, yaradir, ShKAYET
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ