SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda şəriklərin torpaq davası

Masallıda şəriklərin torpaq davası

Tarix:

28-04-2017, 15:00

/ 113 089 dəfə oxundu.
Masallıda şəriklərin torpaq davası

Masallı rayonunda bələdiyyənin eyni torpaq sahəsi üçün 2 nəfərə sənəd verməsi 22 illik sahibkarlıq fəaliyyətinin dayanmasına səbəb olub.
Bu barədə müraciət edən rayonun Ərkivan qəsəbə sakini Güloğlan Qəmbərov bildirib ki, keçmiş şəriki onun biznesini dondurub: “Mən 22 ildir qəsəbədə yanacaqdoldurma məntəqəsi işlədirəm. Bütün sənədlərim qaydasındadır, amma 12 gündür fəaliyyətim dayanıb. Müraciət etdiyim dövlət qurumları da mənə kömək etmir. Məsələ budur ki, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazi “NeftBaza”nın olub. 2011-ci ildə isə mən buranı özəlləşdirmişəm. “Zapravka”nın kənarında əlavə 6 sot torpaq sahəsi var idi, 2007-ci ildə onun da pulunu ödəyib bələdiyyədən almışam. Benzin çənlərini də ora köçürmüşəm. İndi də ərazi üzrə torpaq idarəsi həmin 6 sot üçün Soltanov Möhübbətə sənəd verib. Həmin adam da gətirib çənlərimin üstünə daşlar töküb, məni işləməyə qoymur. Möhübbət Soltanov məndən 10 il sonra, 2017-ci ilin aprelində o torpağa saxta sənəd alıb. Həmin 6 sotun “zapravka”nın ərazisi olmasına dair məhkəmə qətnaməsi də var. İndi də həmin daşların götürülməsi və fəaliyyətimin bərpa olunması üçün məhkəməyə müraciət etmişəm”.
Saxta sənəd almaqda ittiham olunan Möhübbət Sultanov açıqlamasında isə oxşar iddiaları qarşı tərəf üçün səsləndirib: “O yanacaqdoldurma məntəqəsi mənimdir. 1991-ci ildən kəndin yuxarı hissəsində işlədirdim. Sonradan “NetfBaza”nın göstərişi ilə Boradigah yoluna köçürmüşəm. 1993-cü ildə Güloğlanı işə götürdüm, iki il işləyəndən sonra “zapravka”nı onun adına keçirtdim, şərik işlətməyə başladıq. Sənədlərim də var. Razılaşdıq ki, “zaprakva”nın yerləşdiyi 4 sot Güloğlanın adına olsun, kənarındakı 6 sot isə mənim. Həmin 6 sot üçün də 1995-ci ildə ödəniş edib almışam. Sonradan Güloğlan özü dedi ki, çənləri sənin torpağına keçirək, elə də etdik. Şərikliyimiz də bu il yanvar ayında pozulub. Biz razılaşdıq ki, “zaprakva”nın qiyməti 240 min manatdır, Güloğlana dedim 120 min manat mənə versin, hər şeyi təhvil verim. O da bir neçə ay məni ələ saldı, pulu vermədi. Biz onunla kişi sözü kəsdik, 4 sota “kupça”nı onun adına aldıq. İndi də bu adam imanını dalına atıb deyir ki, sənəd mənim adımadır, bitdi. Buna görə mən də özümün 6 sot torpağıma “kupça” aldım, orada mənim sexim var, daşları da onun üçün tökmüşəm. Güloğlan bu torpağa 2007-ci ildə, mən isə 1995-ci ildə sənəd almışam. Onun sənədinin kökü yoxdur, bələdiyyə üzvü Rizvan Allahverdiyev onu aldadıb səxta sənəd verib”.
M.Sultanov qeyd edib ki, o da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib: “Qərar nə olsa, ona uyğun davranacağam”.

“Qafqazinfo”
Masallıda şəriklərin torpaq davası
Masallıda şəriklərin torpaq davası

Şərhlər

XƏBƏR LENTİ