yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağdam rayon icra başçısının qəbuluna düşmək qəliz məsələdi-ŞİKAYƏT

Ağdam rayon icra başçısının qəbuluna düşmək qəliz məsələdi-ŞİKAYƏT
24-04-2017, 17:35 78 765 dəfə baxılıb
yüklənir...

“Orta Qərvənddə məndən çox zərər çəkən olmayıb. Mərmi düz tövləmə düşüb. Heyvanlarım qırılıb. Mərminin qəlpələri bar verən ağacları məhv edib, evin üst örtüyünü dağıdıb, pəncərələrim, qapılarım deşik-deşik olub. Mən də sual verirəm – rayona ayrılan 3 milyondan niyə gətirib mənim mülkümə dəyən zərəri aradan qaldırmadılar? İki heyvanımın, bar verən ağaclarımın kompensasiyasını ödəmədilər... Hələ də qəzalı evdə yaşayırıq. Yağış yağanda çıxıb evin üstünə vanna, vedrə yığırıq”.
Ötən ilin aprel döyüşləri Ağdamın Orta Qərvənd kənd sakini Malik Nuriyevin mülkünə və heyvanına zərər vurub. Ancaq deməsinə görə, 1 ilə yaxın ötsə də, hökumət onun nə mülkünə dəyən zərəri ortadan qaldırıb, nə də ölən heyvanların əvəzini ödəyib. Mərmilərin zərbəsindən evinin divarları aralanıb, həyətin hasarı, tövlə tamamilə dağılıb, iki heyvanı tələf olub. Ancaq indiyədək, bircə dəfə də olsun, hökumət nümayəndələri vəziyyətlə maraqlanmayıb. İş orasındadır ki, Malik Nuriyev özü hökumət nümayəndələrinin qapısına gedəndə də qəbul etmirlər:
“Bir dəfə icra başçısını tuta bildim, onda da dedi, ‘pul yoxdur, get, nə vaxt pul olar, göndərərəm, gəlib düzəldərlər’. O vaxtdan heç başçını da görmək olmur. İcra nümayəndəsinə deyirəm, ‘özümü yaxın buraxmırlar, heç olmasa sən apar, məni başçı ilə görüşdür’, deyir, ‘məni qatma’. Ağdamın kəndlərində mənim mülküm kimi mülkü dağılanlar, hələ də icra hakimiyyətinin qapısında düşüb qalanlar var. Pul yoxdursa, bəs 3 milyon hara xərclənib, o pullarla kimlərin evləri düzəlib?”
Evi tamamilə çökməsin deyə, aralanmış divarların üstünü özü suvaqlayan Malik Nuriyev bu sualı ölkə başçısına da dəfələrlə yazıb göndərib. Ancaq teleqramlarının heç birinə cavab almayıb:
“Rayondan göndərdim, sonra da şübhələndim, dedim, bəlkə teleqramlarımız rayondan kənara çıxmır. Getdim, iki dəfə də Bakıdan göndərdim. Yenə cavab gəlmədi. Ölkənin başçısı erməniylə 500-600 metr məsafədə yaşayan vətəndaşın yazdıqlarını da oxumursa, yazıqlar olsun bu xalqa...”
Kənddə işsizlikdir. Kəndlilər tövləyə bağladıqları 3-5 mal-heyvandan əldə olunan qatığı, südü aparıb kənarda satmaqla dolanır. Bir də bu heyvanlar mərmilərə tuş gəlib tələf olanda kəndlilərin durumu birə-beş ağırlaşır.
Üstəlik, Malik Nuriyevin həyat yoldaşı da ağır xəstəliyə düçar olub. Evin dam örtüyü mərmi qəlpələrindən deşik-deşik olduğundan yağış sularının qarşısını almağa çalışsalar da, otaqlara çökən rütubətin qarşısını almaq mümkün deyil. Bir sözlə, ailəyə dövlətin yardımı qaçılmazdır.
Ağdam rayon icra hakimiyyətindən bildirilib ki, Orta Qərvənddə ötən ilin aprel döyüşləri zamanı zərər çəkmiş xeyli evə dövlət yardımı göstərilib: “Əlimizdə aktlar da var, kimlərin mal-heyvanının pulları ödənilib, kimlərin evlərində təmir-bərpa işləri aparılıb. Heç kim dövlətin pulunu mənimsəməyib, özbaşınalıq deyil, nəzarət var, görülən işlərin hesabatları var. Malik Nuriyevin evinə gəlincə, deyəsən, ona da yardım olunub, yenə də araşdırarıq”, – qurumdan bildirilib.
Malik Nuriyev kənddə həqiqətən də bir neçə evin təmir-bərpa olunduğunu deyir. Ancaq ürəyi dözmür, bunu da əlavə edir: "Pulu kimə, necə, hansı şərtlə ayırırlarsa, bir özləri bilir, bir də Allahları. Mən desəm, şərləyib tutarlar".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ