SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Quba ƏSMM-də yoxsul qadını necə aldatdılar?

Quba ƏSMM-də yoxsul qadını necə aldatdılar?

Tarix:

21-04-2017, 11:12

/ 85 242 dəfə oxundu.
Quba ƏSMM-də yoxsul qadını necə aldatdılar?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yol verdiyi qanunsuzluqların internet saytında aşkarlanmasına mane olur.
Nazirliyin elektron səhifəsinə müraciət “Xidmətin yüklənməsi mümkün olmadı (Token yoxlanması xətası)" cavabı ilə mümkünsüz edilir.
Bu, nazirliyin, insanların hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunan özbaşınalıqların aşkar olunmasına qarşı qanuna zidd tədbirdir. Quba rayon sakini Nübar Əlisultan qızı Sadıqova Əhalinin Sosial Müdafiəsi Mərkəzindən şikayətçidir.
Belə ki, N. Sadıqova ünvanlı sosial yardımla bağlı Qubadakı mərkəzə müraciət etsə də, onu aldadıblar, o, mərkəzin Elvin adlı əməkdaşının növbəti qurbana çevirilib.
Ötən ilin martında ünvanlı sosial yardımla bağlı N. Sadıqova Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib.
Mərkəzdə onun müraciətinə baxan Elvin adlı əməkdaş ona “tələb olunan sənədlər” siyahısını verərək N. Sadıqovaya sənədləri topladıb.
N.Sadıqova sənədləri toplamaq üçün tanışlarından 200-300 manat məbləğində borc alaraq xərcləyib.
N.Sadıqovanı ötən ilin avqust ayına qədər get-gələ salan Elvin sonda onun təqdim etdiyi sənədləri qəbul edərək yardımın düzələcəyini bildirərək onu arxayın edib.
Həmin ayın sonunda o, N.Sadıqovaya “sənin sosial yardımın düzəldi, tezliklə kartını verəcəm” deyib.
Növbəti get-gəllərdən sonra Elvin N. Sadıqovaya sosial yardımın düzəlməsinin baş tutmadığını, müraciətə imtina verildiyini bildirib.
Lakin, imtina barədə rəsmi cavabın N. Sadıqovaya verilməsindən Elvin, daha sonra Quba Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müxtəlif bəhanələrlə yayınıb.
Bundan sonra mübahisənin müəyyən edilməsi üçün N. Sadıqova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet informasiya resursuna müraciət edib.
Ancaq “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi xidmətin yüklənməsi mümkün olmadı (Token yoxlanması xətası)” elektron cavabını alıb. Qarşı tərəfi dinləməyə hazırıq.

ulus.az

Şərhlər

XƏBƏR LENTİ