yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Ünvanlı Sosial Yardım”lar talanır-LERİKDƏ

21-04-2017, 11:03 83 414 dəfə baxılıb
yüklənir...

Azərbaycanda aztəminatlı ailələrin, sosial vəziyyətləri minimal durumda olan insanların maddi rifah hallarının yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən ƏSMN-nə milyarlar manatlarla vəsait ayrılır.
Prezident İlham Əliyevin xüsusi diqqətində olan vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi üçün büdcədən ayrılan pullar ildən- ilə artırılır. Son bir ilə yaxın müddətdə dünyada baş verən iqtisadi böhrana görə, iqtisadiyyatları iflic olan inkişaf etmiş və etməkdə olan dövlətlər mövcud vəziyyətə duruş gətirə bilməyərək vətəndaşlarının sosial təminatlarına ayrılan pulları "qayçılamağa” məcbur oldular. Azərbaycanın müharibə şəraitində yaşamasına və dövlət büdcəsinin əsasən neft gəlirlərindən formalaşmasına baxmayaraq aztəminatlı ailələrə ayrılan dövlət vəsaitləri daha da artırıldı.
Ancaq çox təəssüflər olsun ki, bəzi məmurlar dövlətin kasıb vətəndaşları üçün ayırdığı milyonlarla manatı müxtəlif maxinasiyalarla, dövlət sənədlərini saxtalaşdırmaqla talayırlar. Dövlətin sosial vəziyyəti minimal olan vətəndaşlarının durumlarının normallaşdırılması üçün ayırdığı "Ünvanlı Sosial Yardım”ların talandığı rayonlardan biri də Lerik rayonudur.
Məlumata görə, ucqar və dağlıq təsərrüfat rayonu olan Lerikdə Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Malik Mirzəyevin etdiyi maxinasiyalardan yuxarı instansiyaların da xəbəri var. Məlumatda göstərilir ki, Lerik rayonunda ünvanlı sosial yardım alan şəxslərin böyük əksəriyyəti iş yerləri, şəxsi biznesləri və fermer təsərüfatları olan şəxslərdir.(qlobal) Malik Mirzəyevin Lerikdə ÜSY-a tətbiq etdiyi 50/50 şərtini qəbul etməyənlər aylarla müəssisə önündə süründürməçiliyə məruz qalırlar. Malik Mirzəyevin və yaxın ətrafının etdiyi maxinasıyaları yoxlamaq Səlim Mülümov nə də onun rəhbərlik etdiyi nazirliyin aparatı üçün çətin deyil. Sadəcə sosial yardım alanların siyahısına nəzər yetirmək və siyahıda olan on-on beş nəfərlə ciddi maraqlanmaq yetərlidir.
Lerikdə rüşvətxor məmur kimi ad çıxaran Malik Mirzəyev nazirliyin elektron sisteminə də kələk gəlməyi bacara bilib. belə ki. Malik mirzəyev istədiyi şəxsin adını elektron sistemlə ÜSY alanların siyahısına salmağı bacarır. Bu barədə rayondan daxil olan məlumatda deyilir.
Məlumatda vurğulanır ki, Malik Mirzəyevin siyahısında elə adamlar var ki, aylıq gəlirləri 1500 manatdan artıq olmasına baxmayaraq illərdir sosial yardım alırlar. O cümlədən Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyən işçilərin bir çox qohum əqrabaları, dost-tanışları və yaxınları da ünvanlı sosial yardımdan bəhrələnə bilirlər. Mənbə vurğulayır ki, ÜSY-lara edilən maxınasiyaları Malik Mirzəyev Lerik Rayon Məşğulluq Mərkəzinin direktoru İsmayılov Zəfərlə birlikdə edir.
Belə ki, Lerik rayonunun ƏSMM-də dövlət sənədləri üzərində edilən saxtakarlıqların "təməli” Lerik rayonunun Məşğulluq İdarəsində atılır. Bu sənədlərdə faktiki işləri, maddi imkanları olan şəxslər qeydiyyata alınaraq işsiz kimi göstərilir. Halbuki Lerikin Qışlaq, Veri, Vılık, Zəriküməco və eləcə də də digər kəndlərində rayon mərkəzinə getməyə pul tapa bilməyən yüzlərlə imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər. Buna səbəb isə Malik Mirzəyevin rayon üçün ayrılan ÜSY-ın limitini öz "kasıb-kusub kuruq”u hesabına doldurmasıdır.
Məlumatda vurğulanır ki, Lerik rayonunda 2367 şəxsə verilən ünvanlı sosial yardımın bir hissəsini qeyri- qanuni olaraq Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Mirzəyevin yaxın ətrafı alaraq şəxsən direktorun özünə çatdırırlar. İddiaya əsasən mərkəz direktoru Malik Mirzəyevin qohum- əqrabaları sosial yardım pullarını əsasən qonşu rayonların bankomatlarından çıxarırlar. Məlumatda iddia olunur ki, hazırda Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorunun və yaxın ətrafının əlində yüzlərlə sosial yardım kartı var.
Deyilənə görə, Malik Mirzəyev və yaxın ətrafı ünvanlı sosial yardımın ilk 3 ayının alınması maxinasiyasında təxminən 180 min manatdan çox qazanc əldə edirlər. Bundan başqa rayonda soial alan şəxslərin bir çoxunun ünvanlı yardımının şişirdildiyi də qeyd olunur.
Məlumatda daha sonra xüsusi qeyd edilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf” İctimai Birliyinin martın 7-də cənub bölgəsinə gedərək yerli əhalinin problemlərini dinləmələrinə səbəb regiondakı Malik Mirzəyev kimi məmurlardan ünvanlanan minlərlə şikayət səbəb olmuşdur. Deyilənə görə, Malik Mirzəyevlə bağlı olan çoxsaylı şikayət və faktlar aktlaşdırılaraq əlaqədar qurumlara göndərlicək.

qlobal.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-06-2017


23-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ