SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ziya Məmmədovun adamından Qubada vandalizm – Foto

Ziya Məmmədovun adamından Qubada vandalizm – Foto

Tarix:

20-04-2017, 17:19

/ 88 614 dəfə oxundu.
Ziya Məmmədovun adamından Qubada vandalizm – Foto

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrı olan Qubanın icra başçısı Yaşar Məmmədov rayonda vandalizm siyasəti yürüdür.
Verilən xəbərə görə, icra başçısı Qubanın tarixini, yaşıllıqlarını, parklarını məhv edir.
İŞİD-in Suriyada Palmira şəhərini məhv etdiyini deyən sakinlər oxşar siyasətin Qubada həyata keçirildiyini iddia edirlər. Onların sözlərinə görə, Quba rayonunda istirahət parkları, yaşıllıqlar məhv edilir.
Belə ki, 10 illərlə müxtəlif ağaclar və gül-çiçək yetişdirməklə əhalinin istirahəti üçün təkmilləşdirilmiş Qubanın qədim parklarının, ağaclarının məhv edilərək beton örtüklərlə əvəz olunması, yerində iaşə və diğər obyektlər tikilməsi həmin əraziləri istirahət üçün yararsız hala salıb.
Qubanın Qudyal çay sahilində, üzü “Qızıl qaya”ya baxan tərəfdə, iki əsrlik tarixi özündə əks etdirən ən qədim park da məhv edilib.
Belə ki, həmin parkda uşaqların istirahəti üçün nəzərdə tutulan bütün əyləncə qurğuları ilə birgə iki əsrlik ağaclar kökündən çıxarılaraq məhv edildikdən sonra Qubanın ikinci qədim parkına hücum edilib.
Şəhərin mərkəzində yerləşən Nizami Gəncəvi adına parkda yeni obyektlər tikilərək 50 faiz hissəsi sıradan çıxarılıb.
Aprelin 14-də növbə Qubanın mərkəzində yerləşən Quba Mədəniyyət Sarayının ərazisindəki parka çatdı. Parkın bir hissəsində yaşıllıqları və ağacları məhv ediblər və yeri beton örtüklə örtüblər.
İş icraçıları həmin torpaq sahəsində kafe və bar tikintisinin başlandığını bildiriblər. Əhalinin bir hissəsi onların istirahət guşələrindən məhrum edilməsindən narazıdır. Bütün bunlar rayon rəhbərliyinin gözü qarşısında baş verir, amma heç bir tədbir görülmür.

24saat.org
Ziya Məmmədovun adamından Qubada vandalizm – Foto
Ziya Məmmədovun adamından Qubada vandalizm – Foto

Şərhlər

XƏBƏR LENTİ