SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Bizə deyirlər ki, Heydər Əliyev səhv edib”- Cəlilabad RİH-dən ŞİKAYƏT+VİDEO

“Bizə deyirlər ki, Heydər Əliyev səhv edib”- Cəlilabad RİH-dən ŞİKAYƏT+VİDEO

Tarix:

20-04-2017, 14:52

/ 90 005 dəfə oxundu.
“Bizə deyirlər ki, Heydər Əliyev səhv edib”- Cəlilabad RİH-dən ŞİKAYƏT+VİDEO

Cəlilabad rayon sakini Aydın Hüseynov rayonda məmur özbaşınalığının qurbanı olduğunu bildirir.
Müraciət edən şikayətçinin qanuni nümayəndəsi Hüseynov Sənan problemin dəfələrlə mediada işıqlandırılmasına baxmayaraq, həll edilməmiş qaldığını, özünə isə təzyiqlərin davam etdiyini deyib: “Hüseynov Aydının rayonda üzüm sahəsi var. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə zor gücünə həmin sahədə üzümləri qırıb yerində “Azərişiq” üçün bina tikdilər. Bunu edən vaxt Aydına və ailə üzvlərinə qarşı zor tətbiq edildi. Biz bununla bağlı prezidentə müraciət etdik. Bundan sonra rayon icra hakimiyyəti Cəlilabad rayon məhkəməsinə müraciət etdi. Biz məhkəməyə getmədik, çünki bu işə yerli məhkəmə yox, inzibati iqtisad məhkəməsi baxmalı idi. Cəlilabad rayon məhkəməsinin hakimləri bizi haqlı saya-saya bizə qarşı qərar çıxartdı, çünki icra başçısının basqısı vardı üzərində. Biz apellyasiya şikayəti verdik. Hüseynova Eyzagül, Hüseynov Aydın, Hüseynov Aqşin və Hüseynova Rənanın adından Şirvan İqtisadi-İnzibat məhkəməsinə müraciət etmişik, ordan ekspert göndərilib, amma o ekspert də düzgün qərar qəbul etməyib. İşə Apelyasiya Məhkəməsi də baxdı, amma qərarı dəyişmədi. Mən Apelyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimova da, İnzibati-İqtisad Məhkəməsinin hakimi Müşfiq Həsənova da cənab prezidentin çıxışlarında bildirdiyini xatırlatdım ki, İlham Əliyev deyir ki, əgər vətəndaş torpağı əkib-becərirsə ona toxunmaq olmaz. Hakimlərin ikisi də dedi ki, biz prezidentin çıxışını xatırlayırıq, vəssalam. Cənab prezident dəfələrlə çıxışlarında deyib ki, bəzi məmurlar hədlərini aşırlar, hətta onun sərəncamlarını, göstərişlərini yerinə yetirmirlər. Üzümü tuturam cənab prezidentə ki, bəs biz qara camaat nə edək? Cəlilabadın icra başçısı Əziz Əzizov ermənisayağı işğal edib Aydın Hüseynovun torpağını, sonra da məni yanına çağırıb deyib ki, əvəzində başqa yerdə torpaq verəcəm. Onun arxasında duran adamlar bizi pulla almaq isrəyirlər, amma biz pula satılan deyilik. Bütün instansiyalar bizim əleyhimizə qərar verib, indi məsələ Ali Məhkəmədədir. Cənab prezidentə müraciət edirik ki, Ali Məhkəməyə ədalətli qərar çıxarması üçün göstəriş versin. O bina oradan sökülməli, dəyən ziyan ödənilməlidir. Hərçənd ki, bu zəbtetməyə görə həbs cəzası nəzərdə tutulur, amma biz bunu istəmirik, torpağımız geri qaytarılsın. Komossiya yaradılsın, vəziyyət yerində araşdırılsın. Görsünlər ki, həmin torpağa verilən çıxarışla ekspert rəyi bir-birini təkzib edir, amma ikisi də məhkəmələr tərəfindən qanuni sənəd kimi qəbul edilib”.
Söhbət ondan gedir ki, müvafiq qanunvericiliyə əsasən magistral yolun kənalarında 30 metrlik məsafə qorunmalıdır. Mübahisə gedən yerlərdə isə bu maddə qorunur və həmin torpaqlar Hüseynov Aydına, Hüseynov Aqşinə, Hüseynova Rənaya Dadaşov Bahadura verilib: “Hüseynov Aqşin Aydın oğluna 8 saylı ərazi idarəsindən çıxarış verib. Orada da göstərilir ki, həmin ərazi ona məxsusdur. Elektrik şəbəkəsi “İran bazarı”nın yanında idi, orda da torpaqlar çox bahadır. Eşitdiyimizə görə, oranı icra başçısı zamanında 500 min manata alıb. Yəqin fikirləşib ki, ora alver üçün əlverişli yerdir. Vaxtilə noxud alveri ilə məşğul olan Əziz Əzizov şəbəkənin köhnə yerini ticarət oyekti edəcək yəqin ki”.
A.Hüseynovun həyat yoldaşı E.Hüseynovaya da polis tərəfindən təzyiq edilib. Bu barədə E.Hüseynova özü bildirib. Onun sözlərinə görə, torpaqlarını əlindən almağa gələn Cəlilabad rayon polis şöbəsinin rəis müavini Eldar Səfərov A.Hüseynova fiziki güc tətbiq edib, onu şöbəyə aparmaq istəyib, amma yaxınlıqdakılar qoymayıblar: “Dedim ona ki, özümü yandıracam, dedi get yandır. Ondan bəri keçirdiyim əsəbdən qıçlarım tutulub, il yarımdır yataqda yatıram, 4 ay Bakıda müalicə olunmuşam. İcra başçısı deyir ki, prezident kimdir, biz burda nə istəyirik onu edirik. Deyirik bunu bizə Heydər Əliyev verib, pay torpağıdır, vecinə də almır”.
A.Hüseynov isə oğlu polisdə işlədiyi üçün təzyiqlərə məruz qaldırlarını deyir. Bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayan ata, müraciətin bir nüsxəsini də redaksiyamıza təqdim edib. Ailə üzvlərinin konstitusion hüquqlarının pozulduğunu bildirən ailə başçısı rayon polis şöbəsi rəisinin müavini Eldar Səfərov, tağım komandiri Həbib Nəsirov tərəfindən fiziki və psixoloji basqılarla üzləşdiyini yazıb.
Qeyd edək ki, Ali Məhkəmədə baxışda olan iş üzrə aprelin 21-də, yəni sabah növbəti ekspert yoxlaması təyin edilib. A.Hüseynov müxbirimizlə söhbətində bildirib ki, Cəlilabad RİH-in Elşən adlı hüquqşünası onlara yaxınlaşaraq məsələni yenidən müzakirə edib: “Ona deyirəm ki, bura mənim pay torpağımdır, Heydər Əliyev verib, deyir ki, Heydər Əliyev vaxtında səhv edib. Bundan sonra necə mübarizə aparaq, dərdimizi kimə deyək bilmirik”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN

“Bizə deyirlər ki, Heydər Əliyev səhv edib”- Cəlilabad RİH-dən ŞİKAYƏT+VİDEO
“Bizə deyirlər ki, Heydər Əliyev səhv edib”- Cəlilabad RİH-dən ŞİKAYƏT+VİDEO

Şərhlər

XƏBƏR LENTİ