yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağsuda Allaha tapşırılan insan taleyi... - “hərdən az qalıram özümü fermanın böyründən keçən çaya atam”

Ağsuda Allaha tapşırılan insan taleyi... - “hərdən az qalıram özümü fermanın böyründən keçən çaya atam”
20-04-2017, 10:34 58 960 dəfə baxılıb
yüklənir...

Ağsuda, Girdiman çayının sağ sahilindəki quşçuluq fermasında bir ailə məskunlaşıb. Ailədə 5 oğlan, 1 qız böyüyür. Kiçiyinin 2, böyüyünün 17 yaşı var. Ata Vasif Ağaxanov bildirir ki, ötən ilin dekabrınadək həm orda-burda fəhləlik etməklə, həm də ünvanlı sosial yardımla ailəni birtəhər dolandırırmış. Ancaq hər ikisinin eyni vaxtda yoxa çıxması durumu o qədər ağırlaşdırıb ki... Deyir, “hərdən az qalıram özümü fermanın böyründən keçən çaya atam”.
Vasif Ağaxanov deyir, getməyə yerləri olmadığından bütün qışı qarın üstündə çadır qurub qalıblar. Bundan xəbər tutan İsmayıl adlı birisi istifadədə olmayan fermanın açarlarını göndərib ki, müvəqqəti burada məskunlaşsınlar:
“O adam özü Rusiyada yaşayır. Vəziyyətimiz haqqında eşidəndən ürəyi dözməyib, deyib, çadırdansa fermaya sığınsınlar. Fermanın açarını gətirib çadırdaca bizə verdilər. 6 uşağı, yoldaşımı bura köçürtdüm. Bircə köhnə soyuducumuz var, bir az da yorğan-döşəyimiz. Uşaqları məktəbə göndərə bilmirəm. Geyimləri, ayaqqabıları, məktəb ləvazimatları yoxdur"
Vasif Ağaxanov uzun müddət iş üçün Məşğulluq Mərkəzinə müraciət edib. İki il qabaq ona rayonun Meşə Mühafizə Şöbəsində iş də tapılıb. Ancaq cəmi bircə ay işləyib. 114 manat maaş aldıqdan sonra ona daha işçiyə ehtiyac olmadığı bildirilib. Bundan sonra bir müddət tikintilərdə günəmuzd fəhləlik edib. Ancaq sahibkarlıq sahəsində durğunluq başladıqca onun da günəmuzd iş tapmaq şansı azalıb. Ötən ilin dekabrında ünvanlı sosial yardımın kəsilməsi durumu daha da ağırlaşdırıb:
"Altı uşaqdan beşi məktəblidir. Dediyim kimi, imkansızlıqdan məktəbə getmirlər. Halbuki, təhsilə həvəslidilər. Axı biz varlı ölkəyik, niyə bir ailənin 5 uşağı məktəbə getməməlidir, məktəb haqqında anlayışı olmamalıdır? Bunlar gələcəyimizdir, ancaq heç birinin sonunu görmək olmur. Bir ata kimi üzlərinə baxa bilmirəm. Birinin hərarəti yüksələndə hamısı bir-birinə qarışıb ağlayır. Səhiyyənin adı pulsuz olsa da, həkim bir iynəni pulsuz vurmur. Onun dərdindən uşaqlar özləri xəstələnir, özləri sağalır".
Ailə başçısı övladlarının təhsilinə görə təhsil nazirindən, sağlamlığına görə səhiyyə nazirindən, mənzilə görə icra hakimiyyətindən, ünvanlı sosial yardımın bərpasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, işlə təmin olunmaq üçün Məşğulluq Mərkəzindən kömək istəyir.
Ağsu rayon icra hakimiyyətindən bildirilib ki, Ağaxanovlar ailəsinin durumu ilə bağlı başçıya məruzə olunacaq: "Onlar da bu ölkənin vətəndaşlarıdırlar, əlbəttə ki, əlimizdən gələni edəcəyik. Vətəndaş yaxınlaşsın, özünü təqdim etsin, araşdırılmalıdır ki, niyə fermada yaşayırlar. Hər halda ora da hardansa gəliblər". Qurumdan bildirilib ki, ailənin durumu araşdırılandan sonra uyğun qurumlara məktublar göndəriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ