yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir-FOTO

Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir-FOTO
18-04-2017, 09:56 43 821 dəfə baxılıb
yüklənir...

Füzuli rayonunda 2014-cü ildən yas mərasimləri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 500-700 manatla yola vermək olur. Son 4 ilə yaxın dövrdə rayonda 700-ə yaxın yas mərasimi olub ki, yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilmişdir. Nəticədə orta hesabla rayonda 4 milyon manatdan artıq vəsaitə qənaət olunmuş, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf etmişlər.
Rayon sakinləri deyirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.
Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi isə ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaəti formalaşıb.
Rayonda yas mərasimlərində insanlara izah olunur ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl vardır. Bunlar– qüsl, kəfən, cənazə namazı və dəfndir.
Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir-FOTO
Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir-FOTO
Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir-FOTO
Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir-FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ehsan, qaydalara, uyğun, islami, keçirilməsi, mərasimlərində, hesabla, israfçılıqdan, Rayonda, süfrələrinin, təmtəraqdan, vətəndaşlar, Füzuli, işləri, sosial, maddi, rayonda, kənar, artıq, yaxın
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ