yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi

Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi
14-04-2017, 16:12 106 926 dəfə baxılıb

2014-cü ilin avqust ayında cəbhədə baş verən şiddətli döyüş zamanı şəhid olmuş Elnur İbrahimovun atası Məhiyəddin İbrahimov oğlunun adının əbədiləşdirilməməsindən narazıdır.
Şəhidin atası Məhiyəddin İbrahimov açıqlamasında deyib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, konkret cavab verilməyib.
“Oğlumun adının əbədiləşdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə getmişəm. Nazirliyin Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyevlə görüşmüşəm. O, oğlumu 3-cü dərəcəli medalla təltif edərək mənə təqdim edib. Quba Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Hələ ki, cavab gözləyirəm.
Qubanın mərkəzində yaşayıram. Bir oğlum var. Evlidir. Nəvəmə şəhid olan oğlum Elnurun adını qoymuşam. Sağlığında deyirdi ki, “qardaşımın uşağı olsa, hərbi xidmətdən gəlib adını Əli qoyacam”. Elə oldu ki, Elnur şəhid oldu. Mən də onun adını nəvəmə qoymalı oldum. Bir ata kimi bütün şəhidlərin qarşısında baş əyirəm. Hamısı bu vətənin övladlarıdır”.
Şəhidin atası deyir ki, oğlunun adı əbədiləşdirilsə, heç olmasa təsəlli yeri olar.
“Bir ata kimi oğlumun xatirəsini yaşatmaq istəyirəm. Oğlum Tərtərin Qapanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid olanda 19 yaşı vardı. Oğlum döyüş zamanı xüsusi qəhrəmanlıq göstərib. Ona görə də oğluma layiqli qiymət verilsəydi, heç olmasa təsəlli yerim olardı. Çox istəyirəm ki, hansısa küçə, ya da park oğlumun adını daşısın. Mən də nəvəmi, oğlumun anasını götürüb həmin yerə gedim və təsəlli tapım”.
modern
Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi
Şəhid atası Quba icra hakimiyyətindən narazılıq etdi


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: adını, şəhid, oğlumun, atası, təsəlli, bağlı, müraciət, oğlunun, adının, oğlum, İbrahimov, olmasa, Şəhidin, Məhiyəddin, istəyirəm, Oğlum, cavab, döyüş, Elnur, zamanı
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ