SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçay rayonundan bir qrup valideyn təhsil şöbəsi müdirindən şikayət edir - məktəb direktoruna aylıq “haqq” qoyub

Göyçay rayonundan bir qrup valideyn təhsil şöbəsi müdirindən şikayət edir - məktəb direktoruna aylıq “haqq” qoyub

Tarix:

13-04-2017, 17:04

/ 113 048 dəfə oxundu.
Göyçay rayonundan bir qrup valideyn təhsil şöbəsi müdirindən şikayət edir - məktəb direktoruna aylıq “haqq” qoyub

Redaksiyaya Göyçay rayonu təhsil şöbəsinin müdiri Elnur İsmayılov haqqında şikayət ərizəsidaxil olub.
Şikayət ərizəsində bildirilir ki, təhsil şöbəsinin müdiri Elnur İsmayılov rayonda keçrilən bir layihə çərçivəsində şagirdlərdən pul yığılıb.
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən şagirdlərin valideynləri, Qasımov Bəhlul İzzət oğlu, Məmmədov Müşviq Muradxan oğlu, Əliyeva Kəmalə Əsgər qızı, Tanrıverdiyeva Təranə Yusif qızı, Qərhəmanova Sona Davud qızı, İbrahimov Əjdər Xasay oğlu, Alıyev Bəxtiyar Süleyman oğlu, Salahov Kamil Lətif oğlu bildirirlər ki, Elnur İsmayılov Göyçay rayon təhsil şöbəsinin müdiri təyin edildiyi gündən, rayondakı təhsil sistemi bərbad hala düşüb.
Şikayətçilər qeyd edirlər ki, E.İsmayılov hər bir məktəb direktoruna aylıq “haqq” qoyub, tez-tez bayram pulu, tədbir adıyla yığıncaq pulu, məktəb təmirinə pul, süpürgə pulu, iməclik pulu və.s qeyri-qanuni yollarla şagirdlərdən pul toplayır.
Məsələylə bağlı, Göyçay rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılovun da mövqeyini dərc etməyə hazırıq.

Avropa.info

Şərhlər

XƏBƏR LENTİ