yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Laçın rayon icra başçısı daha bir gənci evsiz qoyub - VİDEOMÜRACİƏT

Laçın rayon icra başçısı daha bir gənci evsiz qoyub - VİDEOMÜRACİƏT
13-04-2017, 09:49 110 371 dəfə baxılıb

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidən şikayətçi olanlardan biri növbəti dəfə müraciət edib.

Laçın rayonu, Vağazin kənd sakini Əhmədov Amin Xosurov oğlu bildirib ki, Aqil Nəzərli onu ev tikməyə qoymur. Hazırda Taxtakörpü qəsəbəsində kirayə qalan iki övlad atasının dediyinə görə, icra başçısının onu öz şəxsi hesabına ev tikməyə icazə vermədiyinin səbəbi bilinmir: "Başçının müavini Tofiq müəllimin yanında oldum, o mənə köməklik göstərə biləcəyini desə də, Aqil Nəzərlinin izninin olduğunu bildirdi. Amma Aqil Nəzərli məni evsiz qoyub".

Hətta o da söylənildi ki, kənd sakini ev tikmək istərkən Aqil Nəzərlinin tapşırığı ilə polislər onun şöbəyə aparıblar.

A.Əhmədovun əli hər yerdən üzüldüyündən dövlət başçısına müraciət etmək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, A.Nəzərli bir il deyil ki, icra hakimiyyəti başçısı təyin edilib. Amma bu müddət ərzində hər gün onun yarıtmas fəaliyyəti ilə bağlı yerli mediada materiallar, videomüraciətlər dərc edilib. Əhalinin sosilal şəraitinin yaxşılaşdırılması, rayonun infrastrukturunun inkişaf etdirilməsi, kadr islahatları... arxa plana keçirilib. Başçı yalnız vəzifəsindən sui-istifadə etməklə fəaliyyətini şəxsi maraqlarının qorunmasına istiqamətləndirib. Onlarla gənc, məcburi köçkün bu gün dözülməz şəraitdə yaşayır, ac. susuz...
Avrasiya.net
[media=pıhtı://www.youtube.com/watch?v=ujTlAfovWCM]


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Nəzərli, sakini, edilib, Nəzərlinin, şəxsi, müraciət, tikməyə, Laçın, başçısı, Əhalinin, videomüraciətlər, materiallar, sosilal, mediada, etmək, infrastrukturunun, rayonun, yaxşılaşdırılması, şəraitinin, yerli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ