SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada 10-cu sinif şagirdləri reketlik edir

Qubada 10-cu sinif şagirdləri reketlik edir

Tarix:

11-04-2017, 17:38

/ 62 115 dəfə oxundu.
Qubada 10-cu sinif şagirdləri reketlik edir

Quba rayonunun Alekseyevka kəndində rüsvayçı hadisə baş verib.
Daxil olan məlumata görə, rayonun Alekseyevka kənd orta məktəbinin 10-cu sinif şagirdləri reket dəstəsi yaradaraq aşağı sinif şagirdlərindən xeyli miqdarda pul alıblar.
Daha dəqiq desək, 10-cu sinifdə oxuyan bir qrup reket şagird aşağı sinifdə oxuyan uşaqları soyundurub onlara qarşı təhqiramiz hərəkətlər edərək şəkillərini çəkiblər. Və internetə qoyacaqları ilə hədələyərək onlardan pul alıblar. Bu reket dəstəsi hətta bəzi uşaqların valideynlərindən xeyli miqdarda pul qopara biliblər.
Məktəbin direktoru İsa Əlixanlı bu hadisəni ört-basdır etməyə çalışsa da rayon polisi bundan xəbər tutub və haırda araşdırma aparır.
Mənbənin dediyinə görə həmin reket şagirdlərin sinif rəhbəri İsa Əlixanlının həyat yoldaşı Maral Əlixanlıdır.
nuh.az

Şərhlər

XƏBƏR LENTİ