yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezidentin “Halal QiDA”ya ayırdığı 4 milyonun izi ilə - Gədəbəydə korrupsiya

Prezidentin “Halal QiDA”ya ayırdığı 4 milyonun izi ilə - Gədəbəydə korrupsiya
10-04-2017, 19:18 73 998 dəfə baxılıb
yüklənir...

Gədəbəy rayonu icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun fəaliyyəti növbəti dəfə diqqət çəkib
Sizin diqqətinizi bu fotoya cəlb etmək istəyirik. Gördüyünüz bu foto Gədəbəy rayonunda 2016-cı iln sosial- iqtisadi yekunlarına həsr olunan iclasdan əvvəl təşkil olunan sərgidə cəkilib. Şəkildə soldakı şəxs icra başçısı, sağdakı iri cüssəli şəxs isə Prezident Adminstrasiyasının nümayəndəsidir. Burada Yediyarov rayonda hazırlanan məhsulları nümayəndəyə təqdim edir. Rayona indiyədək təyin edilən rəhbərlərdən xüsusi ədası və yekəxana hərəkətləri ilə fərqlənən bu şəxs burada da böyük sənaye parkına malik bir şəhərin rəhbəri kimi davranır. Amma təqdim etdiyi məhsullara baxanda bilmirsən güləsən, ya ağlayasan.
Baxın: Gədəbəy suları- on beş ildən artıqdı istehsal olunur, dərman otları – çöldə yabanı şəkildə bitir, evlərdə bişən kürsü çörəyi, həyət şəraitində saxlanılan kəsilmiş, təmizlənmiş qaz-hinduşqa, toyuq əti, Gədəbəy kartofu və sairə. Yəni artıq 5 ildir rayona rəhbərlik edən bir şəxsin fəaliyyəti nəticəsində bircə adda da olsun məhsul istehsal edilməyib. Yediyarovun faktiki fəaliyyətinin nəticəsi kimi bu sərgidə obyektinin dağıdılmasından yana ürəyi partlayaraq vəfat edən Ə.Abdullayevdən tutmuş, biznesi məhv edilmiş onlarla sahibkarın obyektlətinin, müəmmalı şəkildə yanmış rayon bazarının foto şəkli , həmin sahibkarların məhkəmə qətnamələri , şikayət ərizələri , səbəbsiz işdən azad edilmiş insanların tərcümeyi-halları nümayiş olunmalı idi. Bu sərgidə həm də nəinki ölkəmizdə heç dünyada tayı bərabəri olmayan bir hadisə yerli hakimiyyətin xalqın şəhidlərinə hörmətsizliyi:
Sovet – Alman müharibəsi döyüşçülərinin abidəsinin Şəhidlər Xiyabanın ərazisinə daha döğrusu, üst başına köçürülməsinı göstərən fotolar da nümayış etdirilməli idi. Bu adamdan soruşan yoxdur ki, ay Yediyarov axı sənin bu nümayiş etdirdiyin məhsulların istehsalına köməyin olubmu? Əksinə toyuq hini tikəndən iki min, cörək bişirmək üçün kürsü tikəndən min manat rüşvət almısan. Pay torpaqlarında yeni bazar da, daxil olmaqla onlarla qanunsuz tikinti aparmısan. Ötən 5 ildə talan etdiyin büdcə vəsaitləri bir yana, inşaasina 4 milyon manat vəsait ayrılan və açılışı cənab Prezident tərəfindən edilən "Halal QiDA” müəssisəsini xaraba qoyaraq avadanlıqlarını başqa rayonlarda kirayə vermisən. Hansı ki, həmin müəssisə onlarla adda yeyinti məhsulunun emalı və konservləşdirilməsi ilə məşğul olmalı idi. Həmin müəssisə işləsəydi bu gün sən bu sərgidə nümayiş üçün icra nümayəndələrinin arayış müqabilində kənd camaatından rüşvət olaraq aldığı qaza , hinduşqaya, kartofa möhtaç qalmazdın. Bu sualları Yediyarova həmin iri cüssəli şəxs-adminstrasiyanın nümayəndəsi verməli idi. Amma həmin şəxsin də fikri iclası tez yekunlaşdıraraq həmin qazı , hinduşqanı və idarə müəssisələrdən öz adına yığılmış məbləği götürərək Bakıya qayıtmaq və başçının fəaliyyətinin qənaətbəxş olması haqqında aryayış yazmaqda idi.
Bir əlavə də edək. Hazırda rayonda H. Əliyev mərkəzı və bayraq meydanı tikilir. Yediyarov gələn ilə öz vəzifəsində qalarsa 2017-ci ilin yekununda bu tikintiləri özünün uğurlari kimi qeyd edəcək. Amma deməyəcək ki, ulu öndərin adından istifadə edərək qazanc götürüb, idarə və müəssisə rəhbərlərindən tikinti adına külli miqdarda pul yığıb, həmin rəhbərlər də həmin pulları işçilərin əmək haqqından tutub.
Beləliklə gələn il də hinduşka, qazın hesabına hesabatı qəbul ediləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: həmin, sərgidə, Gədəbəy, Yediyarov, nümayiş, onlarla, müəssisə, kürsü, tikinti, rayonda, Prezident, rüşvət, toyuq, cüssəli, təqdim, şəxsin, idarə, fəaliyyətinin, adına, edilmiş
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ