SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda başçı müavini nazirlə görüşə kimləri buraxmadı? – “üzün tüklüdür”

Beyləqanda başçı müavini nazirlə görüşə kimləri buraxmadı? – “üzün tüklüdür”

Tarix:

3-04-2017, 11:09

/ 5 846 dəfə oxundu.
Beyləqanda başçı müavini nazirlə görüşə kimləri buraxmadı? – “üzün tüklüdür”

Martın 29-da ədliyyə naziri Fikrət Məmmədovun Beyləqan rayonunda yerli sakinlərlə keçirdiyi görüşə fəal sakinlər buraxılmayıb. Bu barədə yerli sakinlərdən biri məlumat verib.
Onun sözlərinə görə, görüş Beyləqan Mədəniyyət Sarayında baş tutub. Görüşün təxminən 600-700 nəfərlik zalda keçirilməsinə və zalda kifayət qədər boş yerlər olmasına baxmayaraq, bəzi fəal sakinləri görüşə buraxmayıblar.
Onlarla fəal Beyləqan sakininin nazirlə görüşmələrinə ehtiyacları olsa da, buna imkan verməyiblər. Həmin insanların nazirlə görüşdə iştirakına Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov mane olub.
Belə ki, görüşə kimlərin buraxılması ilə bağlı M.Qələndarov qərar verirdi və onun qərarını orada olan polis əməkdaşları icra edirdilər.
Görüşə buraxılmayan insanlara “üzün tüklüdür”, “kostyumda deyilsən”, “paltarın köhnədir”, “ayaqqabıların kremsizdir” və s. bu kimi sözlər deyərək, gülünc bəhanələr gətirərək onları görüşə buraxmırdılar.
Rayon rəhbərliyi fəal sakinlərin nazirə rayondakı problemlərdən danışacaqlarını bildikləri üçün onların görüşə buraxılmasının qarşısını məqsədli sürətdə alırdılar.

Şərhlər

XƏBƏR LENTİ