SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda xanım məmur polislə vətəndaşları üz-üzə qoyub-ŞİKAYƏT

Masallıda xanım məmur polislə vətəndaşları üz-üzə qoyub-ŞİKAYƏT

Tarix:

31-03-2017, 15:33

/ 14 654 dəfə oxundu.
Masallıda xanım məmur polislə vətəndaşları üz-üzə qoyub-ŞİKAYƏT

Bir neçə gün öncə mediada Masallı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini ilə bağlı şikayət xarakterli yazı dərc edilib. "İcra başçısının xanım müavininin şok korrupsiya "halqası” ifşa olundu– MASALLIDA NƏ BAŞ VERİR?” başlıqlı yazıda şikayətçi qismində çıxış edən Masallı rayonu Xıl kənd sakini, Əfqanıstan müharibə veteranı Əmirov Əlişan İsfəndiyar oğlu indi polis tərəfindən təqib olunduğunu bildirir.

Saytda dərc olunan yazıda əsas şikayətlər məhz rayon icra hakimiyyəti aparatının məsul işçilərindəndir: "Redaksiymıza daxil olan son müraciətlərdən biri də Xıl kənd sakini, Əmirov Əlişan İsfəndiyar oğlu tərəfindəndir. Məlumat üçün bildirək ki, müraciətdə əsas məqam başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qafarova Aybəniz Oktay qızının rayon vətəndaşlarından korrupsiya yolu ilə əldə etdiyi on minlərlə manat vəsaitlərin taleyi ilə bağlıdır.
Müraciətdə qeyd olunur ki, əvvəllər Xıl kənd tam orta məktəbin direktoru olmuş İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova mövcud statusundan istifadə edərək kulli miqdarda vəsait hesabına həm əvvəlki işlədiyi məktəbə direktor, direktor müavini, həm də rayonda digər vəzifələri pulla açıq satışa çıxarıb. 3500 manat müqabilində isə saxta diplomlu Əli Bağışovu direktor müavini təyin edib. Məlumatda o da qeyd olunur ki, Aybəniz Qafarova öz "müştərilərindən” aldığı vəsaiti birbaşa rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova çatdırdığını deyib. Ən maraqlı və utancverici məqam ondan ibarətdir ki, rayon polis idarəsinin əməkdaşları da icra baçsının müavinin cinayətlərinə "ortaq” çıxırlar. Belə ki, Aybəniz Qafarovaya etiraz edən hər kəs polis idarəsində yüksək səviyyədə təzyiqlərə məruz qalırlar".

Sayt xanım məmurun mövqeyini dərc etmək üçün İcra Hakimiyyətinin rəsmi saytında göstərilən nömrə ilə əlaqə saxlamağa bir neçə dəfə cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib. Əvəzində A.Qafarova şikayətçini təqib etdirməyə başlayıb: "Bu yazıdan sonra Xıl kənd sakini, Əfqanıstan müharibə veteranı Əmirov Əlişan İsfəndiyar oğlu redaksiyamıza müraciət edərək rayonda bəzi polis əməkdaşları tərəfindən təqib olunduğunu dedi. O, müraciətində bildirir ki, yüzlərlə əlilin pulunu yeyən, rayondakı vəzifələri açıq satışa çıxaran icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qafarova Aybəniz Oktay qızının polislər tərəfindən qeyri-qanuni mühafizə olunması cinayətin əhatə dairəsini də genişləndrmiş olur".

Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ