SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elnur İsmayılov Göyçay təhsilini iflic edib-ŞİKAYƏT

Elnur İsmayılov Göyçay təhsilini iflic edib-ŞİKAYƏT

Tarix:

30-03-2017, 10:46

/ 8 773 dəfə oxundu.
Elnur İsmayılov Göyçay təhsilini iflic edib-ŞİKAYƏT

Biz mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Heydər Əliyev Fonduna, Azərbaycan Təhsilinə hörmətsizlik edən, korrupsiya əməlləri ilə məşğul olan Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovun barəsində təcili tədbirlər görsün.Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə 2017-ci ilin 18-23 mart tarixlərində “Azərbaycanı Tanıdaq” layihəsi üzrə Göyçay rayonundan gedən 40 nəfər şagirdin hər birindən 250 manat pul yığılıb. Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov hər şagirddən 250 manat pulun alınmasını məktəb direktorlarına tapşırıb.Lahiyəyə əsasən hər rayondan bu turda cəmi 40 şagird iştirak edir, ancaq Elnur İsmayılov biclik işlədib yalandan elan edib ki, Göyçay rayonundan guya 80 nəfər şagird iştirak edəcək.Buna görə də məktəb direktorları 80 nəfər şagirddən hər birindən 250 manat pul yığıblar. Buna imkanı olmayan şagird turdan kənarlaşdırılıb pulu verən şagirdlə əvəzlənib.Bu yolla Elnur İsmayılov küllü miqdarda pul yığıb. Əslində isə "Azərbaycanı Tanıdaq" lahiyəsi Heydər Əliyev Fondu tərəfindən maliyələşdirilir. Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov fürsətdən istifadə edərək hiylə işlədib bu lahiyəni Göyçay təhsilində pulla həyata keçirib. Yığılan pulları isə Elnur İsmayılov öz şəxsi işlərinə sərf edib.Həmçinin elə valideyin olub ki, şagird övladının istəyini həyata keçirmək üçün borc alıb Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılova verib.Elnur İsmayılov bir neçə aydır ki, Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub ancaq onun etdiyi qanunsuzluqlar, özbaşınalıqlar bütün kasıb valideyinləri boğaza yığıb.Bayram, tədbir. keçirmə adı ilə, süpürgə pulu, iməcilik və sairə səfeh bahənələrlə məktəblərdə şagirdlərdən tez-tez pul yığılır. Pul verməyən müəllimlərin dərs saatları azaldılır, pul verən savadsız müəllimlərin isə dərs saatları çoxaldılır. Fənn kabineti, dərsdən sonra əlavə məşğələyə ayrılan pullar təyinatı üzrə xərclənmədən talan edilir.Demək olar ki, Elnur İsmayılov az bir vaxtda Göyçay rayon təhsilini tamamilə iflic edib.Biz mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edib Göyçay təhsilini iflic vəziyyətə salmış Elnur İsmayılovun qanunsuz əməllərinin araşdırılıb barəsində tədbir görülməsini xahiş edirik.

Göyçay rayon sakinləri:

Qasımov Bəhlul İzzət oğlu
Məmmədov Müşfiq Muradxan oğlu
Əliyeva Kəmalə Əsgər qızı
Tarverdiyeva Təranə Yusif qızı
Qəhrəmanova Sona Davud qızı
İbrahimov Əjdər Xasay oğlu
Alıyev Bəxtiyar Süleyman oğlu
Salahov Kamil Lətif oğlu

xalqxeber.az
Elnur İsmayılov Göyçay təhsilini iflic edib-ŞİKAYƏT
Elnur İsmayılov Göyçay təhsilini iflic edib-ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ