SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Musa Şəkiliyev mediada hansı məmuru vurdurur?

Musa Şəkiliyev mediada hansı məmuru vurdurur?

Tarix:

30-03-2017, 09:29

/ 7 556 dəfə oxundu.
Musa Şəkiliyev mediada hansı məmuru vurdurur?

Respublikamızın şimal zonasında yerləşən rayonlar içərisində, Qaxın adı daha çox diqqət mərkəzində duran rayonlardan biri hesab olunur. Buna səbəb olan amillərdən ən əsası, rayon ərazisində əmələ gələn saysız-hesabsız olaylar, baş verən həngamələr, qol qoyulan qanunsuzluq əməlləridir. Əmələ gələn olayların çoxluğuna baxmayaraq, rayon rəhbərliyi yenə də şəxsi problemlərinin həlli ilə məşğul olmaqdadır. Elə bu səbəbdəndir ki, sosial problemlər məngənəsində boğulan Qax rayonu haqda, nə qədər istəsən tənqidi məqalələr yazmaq, problemlərini qabartmaq, rəhbərliyin fəaliyyətsizliyə söykənən fəaliyyəti barədə ictimaiyyətə geniş açıqlamalar vermək mümkündür.
QAXDA BAŞCININ ZULMU ƏRŞƏ DİRƏNİB-PREZİDENTİN NƏZƏRİNƏ
Diqqəti cəlb edən hal odur ki, bu gün Qaxın saysız-hesabsız problemləri, sağalmaz dərdləri və tam əksəriyyətin narazı olduğu səriştəsiz rəhbərliyi var. Məhz, rəhbərlikdən tam əksəriyyət ona görə narazıdır ki, cənab Musa müəllim icra hakimiyyəti "postu”na, meşə təsərrüfatının rəhbərliyindən gəldiyi gündən bu günə kimi, yerli sakin olaraq rayon üçün əhəmiyyət kəsb edən problemlərin həlli ilə məşğul olmayıb. Məsələn, o, arabir şəhərin mərkəzi ərazilərində, ətraf yaşayış məntəqələrində bir qədər təmir-bərpa işləri apartdırmaqla, kimlərinsə gözünə "kül üfürmək” istəyib. Elə ki, atılan addımlar əksəriyyətə bəlli olur, o zaman Musa Şəkiliyev də başa düşür ki, artıq onun yalanları ayaq açıb yerimir. Çünki, yerli sakinlər bilirlər ki, rayonun mərkəzindən bir qədər kənarda yerləşən kəndlərdə, iri yaşayış məntəqələrində sakinlərin üzləşdikləri prorblemlərin nə həddi, nə də ki, hüdudu var. Rəhbərlik isə boş-boş vədlər verməyə aludə olduğundan, o, nə vaxt əhali qarşısına çıxırsa, hansısa bir tədbir keçirilirsə, daim vurğulayır ki, guya kəndlərdə, ucqar qəsəbələrdə, iri yaşayış məntəqələrində və.s əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, rabitə xidmətinə və digər təminolunmalarına olan tələbat tam ödənilmək üzrədir. Sözsüz ki, icra hakimiyyətinin başçısı olaraq o, belə bir formada açıqlamalar verməli, qol qoyduğu qanunsuzluqları ört-basdır etməyə də çalışmalıdır.
Diqqəti cəlb edən hallardan biri də ondan ibarətdir ki, rayonda sosial problemlərin tüğyan etməsi ilə bərabər, müxtəlif vəzifələrin də Musa Şəkiliyevin qohum-əqrəbaları tərəfindən "zəbt” olunmasıdır. Bu haqda məlumatı verən mənbə bildirir ki, belə bir "zəbtolunma” özünü daha çox gəlir gətirən sahələrdə göstərir. Eyni zamanda o, həm də keçirilən seçkilərə etdiyi müdaxilələrə, yerli icra nümayəndəliklərini, bələdiyyə sədri "post”larını və digər vəzifələri "bazar”a şıxartmasına görə də, adını dillər əzbəri edib.
QAXDA BAŞÇININ ZÜLMÜ ƏRŞƏ DİRƏNİB
Musa müəllimin idarəçiliyi haqda başqa bir məlumatları da informasiya mərkəzimizə təqdim edən mənbə onu da qeyd edir ki, o, rayonun rəhbəri olsa da, çox zaman özünü vəzifəsinə uyqun səviyyədə aparmır.
Hörmətli oxucular! Növbəti sayımızda M.Şəkiliyevin bu və dikər qol qoyduğu qanunsuzluq əməllərindən, sahib olduğu əmlakın dəyərindən, onun kimlərə arxayın olub "firon”luq etməsindən bəhs edəcəyik. Eyni zamanda, bu gün onun rəhbərliyi altında idarə olunan rayonun dövlət qurumlarında, xüsusilə də təhsilində, səhiyyəsində, vaxtilə bərbad günə qoyduğu meşə təsərrüfatında, aqrar sektorunda, hüquq-mühafizə orqanlarında, ekologiyasında və.s digər sahələrində, nələrin baş verməsindən silsilə açıqlamalar dərc edəcəyik. Odur ki, diqqətiniz bizdə olsun.
Saytımıza daxil olan önəmli məlumat ondan ibarətdir ki, Musa Şəkiliyev son günlər mediada məmuru vurdurur. Bu məmurun kimliyini gələn yazımızda yazacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ