SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşov Lənkəranda nəzarəti itirib qəbirsanlıqlar mal otlaqına çevrilib-FOTO

Taleh Qaraşov Lənkəranda nəzarəti itirib qəbirsanlıqlar mal otlaqına çevrilib-FOTO

Tarix:

28-03-2017, 09:19

/ 2 035 dəfə oxundu.
Taleh Qaraşov Lənkəranda nəzarəti itirib qəbirsanlıqlar mal otlaqına çevrilib-FOTO

Lənkəranda yüzlərlə ölünün dəfn olunduğu Şilavar qəbiristanlığı baxımsız qalıb.
Cənub bürosunun verdiyi xəbərə görə, sözü gedən qəbiristanlıqda Şilavar kəndi ilə yanaşı Lənkəran şəhərinin bir hissəsi də ölülərini dəfn edir. Təqribən 3 hektara yaxın ərazisi olan qəbiristanlıqda 20 ilə yaxındır ki, ölülərin dəfn olunmasına baxmayaraq, ərazi hələ də çəpərlənməmiş qalıb. Bu səbəbdən də, günün müxtəlif vaxtlarında qəbiristanlığın ərazisi az qala örüş yerini xatırladır. Nəzarətsiz buraxılmış mal- qara qəbir daşlarını sındırır, ərazini batırır ki, bu da ölü yiyələrinin haqlı narazılığına səbəb olur. Lənkəran şəhər sakinləri Zaur İsmayılov, Nizami Əliyev, Telman Əkbərov söhbət əsnasında bildirdilər ki, valideynlərinin dəfn olunduğu qəbiristanlığın mal-qara tapdağında qalması onları ciddi narahat edir.

Ölü yiyələri deyir ki, burada bir qəbir yerinin qiyməti, qazılması 120-150 manat arasında dəyişir. Elə bu vəsaitin müəyyən hissəsini qəbiristanlığın abadlaşdırılmasına, çəpərlənməsinə yönəltmək olar. Qəbirqazan Qüdrət Zeynalov da bu fikri dəstəkləyir, bildirir ki, həmin vəsaitin bir hissəsi Şilavar bələdiyyəsinə vergi kimi verilir.

Şilavar kənd bələdiyyəsinin rəsmisi, bələdiyyə üzvü Elyar Cəfərov isə deyilənləri təkzib edir, bələdiyyənin burdan vergi almadığını deyir. Buranı çəpərləmək üçün kənd investisiya layihəsinə ümid etdiklərini deyən bələdiyyə rəsmisi qəbiristanlığın tam çəpərlənməsinə bələdiyyənin maddi imkanının çatmadığını, yalnız bir hissəsinin bu il çəpərləmək iqtidarlarında olduqlarını deyir. O da ki, nə vaxt vəsait tapsalar.

Xatırladaq ki,qəbiristanlığı metal torla çəpərləmək üçün cəmi 20 ədəd dəmir tor -setka lazımdır ki, buna da 200-250 manat kifayət edər. Əgər kənd bələdiyyəsi öz büdcəsindən bu məbləği ayırmağa imkan tapmırsa, onda 2-3 ölünün qəbir yerinin vəsaiti hesabına həm ölülərin ruhunu rahatlamaq olar, həm də onlar üçün narahat olan dirilərinin.

Taleh Qaraşov Lənkəranda nəzarəti itirib qəbirsanlıqlar mal otlaqına çevrilib-FOTO
Taleh Qaraşov Lənkəranda nəzarəti itirib qəbirsanlıqlar mal otlaqına çevrilib-FOTO

Şərhlər

XƏBƏR LENTİ