SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı 100 manata görə nümayəndəsini işdən azad edib - Ağdamda

İcra başçısı 100 manata görə nümayəndəsini işdən azad edib - Ağdamda

Tarix:

27-03-2017, 13:17

/ 2 518 dəfə oxundu.
İcra başçısı 100 manata görə nümayəndəsini işdən azad edib - Ağdamda

Bayram görə toplanılan rüşvət pulunu vermədiyinə görə Ağdamın icra başçısı Raqub Məmmədov Qərvənd qəsəbə nümayndəsi Fuad Həbibovu işdən azad edib

Bu barədə məlumatı Fuad Həbibovun yaxınları məlumat verib.

Saytımıza digər mənbələrdən də daxil olan məlumata görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonda bayram şənlikləri keçirilməsi üçün bələdiyyə sədrlərindən və icra nümayndələrindən pul yığıb. Belə ki, bir çox kənd və qəsəbə nümayəndəliklərindən bizə bildiriblər ki, Raqub Məmmədov həm bələdiyyə sədrlərinin hər birindən, həm də nümayəndələrdən, nümayəndələrin müavinlərindən, o cümlədən mühasiblərdən ayrı-ayrılıqda 100 manat tələb edib. Pulun yığılması Ağdam rayon İcra hakimiyyəti Ümumi şöbəsinin müdiri Ramiz Qədirova həvalə olunub. Raqub Məmədovun bu tələbi böyük narazılıqla qarşılansa da, iş yerlərini itirmək istəməyən dövlət vəzifəliləri icra başçısının tələbinə uyğun olaraq hər biri 100 manatı icra başçısına çatdırıblar.

Bəzi icra nümayndələri pulu verməkdən imtina etdikdə isə, Raqub Məmmədov onları işdən çıxarmaqla zədələyib və gözdağı üçün nümayişkəranə şəkildə tələb olunan pulu verməkdən imtina edən Qərvənd qəsəbə nümayndəsi Fuad Həbibovu işdən azad edib. Bundan sonra isə digər icra nümayndələri, onlvarın müavinləri və mühasiblər tələb olunan rüşvəti icra başçısına çatdırıblar. Daha doğrusu Ramiz Qədirov topladığı pulları icra başçısına təhvil verib.

Lakin məsələ heç də bununla bitməyib. İcra başçısından sonra Ağdam rayon maliyyə şöbəsinin müdiri Rəşad Məhərrəmov da hər bir nümayəndədən 50 manat tələb edib. Maliyyə şöbəsinin müdiri bu tələbini hər bir nümayəndəliyə bayram qabağı ayırlan 260 manat mükafata görə tələb etdiyini dilə gətirib və “mükafatını” almaq istəyən hər kəs maliyyə müdirinin tələbinə boyun əyib.

Qeyd edək ki, Ağdam rayon maliyə şöbəsinin müdiri Rəşad Məhərrəmov Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı olduğu bildirilir və buna görə də arxası güclü olan Rəşad Məhərrəmova Ağdam heç kim “gözün üstə qaşın var”, deyə bilmir.

Həmçinin çeşidli mənbələrin bildirdiynə görə Ağdamın icra başçısı Raqub Məmmədov hər bir idarə müdirindən də bayramqabağı 500 manat şirinlik alıb

Politico

Şərhlər

XƏBƏR LENTİ