SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki..." - GİLEY

"Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki..." - GİLEY

Tarix:

17-07-2019, 17:21

/ 929 dəfə oxundu.
"Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki..." - GİLEY

Saatlının Minbaşı kəndində Kərimovlar ailəsinin güzəranını görəndə adamın tükləri biz-biz olur. DİA.AZ xəbər verir ki, ailənin bir üzvü Qarabağ döyüşlərində əlil olmuş Zakir Kərimovdur. Ona nə əlillik pensiyası verilir, nə yerli icra hakimiyyəti tərəfindən yaşayışına köməklik olunur.

Qarabağ əlili ilə birlikdə əsəb-ruhi xəstəsi olan iki bacısı da yaşayır. Onlardan biri bu günlərdə səfalət, aclıq içində yaşamaqdan canını tapşırıb. Sağ qalan Nuriyə Kərimova isə günlərini sayır. Çünki bu aclıq, səfillik vəziyyətində çox yaşamaq mümkün deyil.

Kərimovlara sosial yardım, pensiya təyin olunmayıb. Evə bir qəpik gəlmir. Onun sözlərinə görə, rayonda qardaşı və bacılarına çatacaq pullar mənimsənilib: “Onların gününə baxın, soyuq yerdə ac-susuz qalıblar.

Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki, bu adamlar necə olacaqlar. Mənim bacım ruhi xəstədir, onunla işim yoxdur, heç olmasa qardaşıma kömək eləsinlər. Bu insan vətən üçün sağlamlığını itirib.

Qohum-qonşular müraciət elədik ki, 100 manat ayrılsın, heç bir qəpik də görmədik. Sağ olsun. Bir sahibkar evə su kanalı açıb, yoxsa su da olmayacaqdı.

İndi Azərbaycana baxın, bu adamlara baxın. Qardaşım döyüşlərdə qıçını itirib, ona pensiya verilmir ki, heç olmasa ac qalmasın”.

Kərimovlar ailəsinin vəziyyəti ilə bağlı Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Heydər Əliyev Fondundan köməklik istənilir, təcili reaksiya verilməsi xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ