XalqXəbər.Az

"Başçıya iş üçün müraciət edəndə qulağını tutur..." - GİLEY

yüklənir...
"Başçıya iş üçün müraciət edəndə qulağını tutur..." - GİLEY
17-07-2019, 16:05
yüklənir...

Azərbaycanın şimal-şərqində yerləşən Xaçmaz rayon sakinləri ən çox işsizlikdən və regionda dini vəziyyətin gərginliyindən şikayətçidirlər.

DİA.AZ-a yazan narazı sakinlər bildirirlər ki, onların rayonlarında əsas problem təkcə işsizlik deyil, həm də bu gün bəzi radikal dini qruplaşmaların fəaliyyəti də Xaçmaz sakinlərini narahat edir.

Sakinlər yazır ki, rayonda gənclərin bəziləri iş dalınca paytaxt Bakıya üz tutur. İxtisasa uyğun iş yerlərinin olmadığını qeyd edən gənclər həm də rayonda ixtisasa uyğun işin qıtlığından şikayət edir: "İcra başçısının yanına gedəndə, iş istəyəndə başçıs qulağını tutur ki, deyilənləri eşitməsin. Bilmirik nə edək, kimə şikayət edək..."

Sakinlər dia.az-a yazırlar ki, yaxın günlərdə problemləri ilə əlaqədar Bakıya etiraza gələcəklər: "Görünür, şikayətlərimiz paytaxta çatmır, onda biz özümüzgəlib deyərik..."

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.