SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ

Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ

Tarix:

15-07-2019, 09:24

/ 1 238 dəfə oxundu.
Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ

Lənkəranda nə qədər jurnalist fəaliyyət göstərir, bilirsinizmi? 25-dən artıq! Lənkərandan neçə jurnalist var mətbuatda? O da 25-dən artıq. Bu 50-dən artıq jurnalistin hamısı ağıllıdır! Bir dənə ağılsızı mənəm! Lənkəran-Lerik yolunun Kərgəlan hissəsinin çəkilməsi, Veravulun kəndarası yollarının abıra salınması üçün həm mətbuatda, həm də müvafiq orqanlara ünvanladığım yazılardan sonra tədbir görüləndə biri dedi ki, "planda var idi də, ədə, çəkiləcəkdi də, ədə", halbuki bir ay qabaq demişdi ki, iclas oldİ, dedilər onİ gələn il çəkəcəklər, hələ "pil" tapmırlar ayırmağa, o biri də qayıtdı ki, filan məşədiylə filan kərbəlayi filan qədər "pil" verdi! Düzdü, onda özümə söz verdim ki, başıma dönəsiniz, bir də mən sizin gününüzə ağlayım, mənim özümü 9 ana lazımdı dəsmal götürüb ağlasın, bir də yazmayacam! Özüm niyə Taleh Qaraşovun QARAŞın saçlarına, QARA(Ş) gözlərinə mədhnamə oxuyub kənddə bir payı 5-10 min dollar olan torpaq sahəsini alıb leriklilərə satmıram ki? Yəni filankəs qədər də girə bilmərəm Qaraşova? Amma və lakin...

İndi nəzərinizə 10-dan artıq şəkil təqdim edəcəm - görün o 25-dən artıq jurnalistin vicdanı, şərəfi necə yol verir hər gün gördükləri bu mənzərəyə susmağa. Day o Mənzil-Kommunal İdarəsinin işçiləri və rəhbərliyi heç də - hamı rəhmətlik Sona xanım Quliyeva, Vəli Abdullayev, Tofiq bəy olmaz ki, Lənkəranın gözəlliyinin, səliqəliyinin qeyrətini çəkə!

Bax, bu şəkillərdəki mənzərə, hal, durum 100 faiz deməyə əsas verir ki, yazaq: Taleh Qaraşov adına MİR MUSTAFA XAN ZİBİLLİYİ! KÜÇƏSİ YOX HA! ZİBİLLİYİ. Bu şəkillər Mir Mustafa Xan küçəsindəndir. Lənkəranın Xan oğlunun adına küçədir! Lənkərana "Xan Lənkəran" adını qazandıran kişinin adına olan küçədir. ZİBİL günündə, ZİBİLLİK içində!

A kişi, vallah, mənim pulum olsaydı, o küçənin zibilini hər gün özüm daşıtdırıb atdırardım lazımi yerə ki, Lənkərana gələn qonaqlar görsün ki, bu camaat öz Xan oğlunun ruhuna necə hörmət bəsləyir! Ya da o bir şey olan kimi qalxırlar e ana-bacı söyüşünə, asıb-kəsən lənkəranlı oğlanlar, onlardan biri olsaydım, o küçədəki zibili gecəynən yüklətdirərdim iki "KamAZ"-a - birini Taleh Qaraşovun evinin qabağına tökdürərdim, birini də "kommunxoz"un müdirinin qapısına!

Təəssüf ki, heç birindən deyiləm, sadəcə... heç Ağəddin Babayev, Sərraf Talıb kimi ağıllı jurnalist də deyiləm, hələ o birilərini demirəm: Taleh Qaraşovla görüşə gələndə bığını ətirləyən, paçası gündəyməzinəcən "razrez", yaxası göbəyinəcən açıq müxbirələr heç də! O boyda CTV-dəkilər də öz yerində. Nə öz gözləri görür, nə də videokameralarının optikləri!

Əlqərəz, kef edin... BAĞIŞLAYIN, iylənin o küçənin üfunətində. Biriləri demişkən, plana salınacaq, zibillər yığışdırılacaq, ya da filan məşədiylə filan kərbəlayi pul verəcək təmizlənəcək!

İt itliyiynən oturduğu yeri quyruğuyla süpürür, necə də adamlar özlərinə rəva görür e zir-zibil içində Xan adına olan küçədən keçməyi?
Utanmırsınız Lənkərana gələn qonaqlardan?
Utanmırsınız Lənkəranın Xan oğlunun adına olan zibilli küçədən?
Utanmırsınız sizi bu günə qoyan, bu qədər aşağı tutan adamlara özünüzü əskiltdirməkdən?
Utanmırsınız...

Allaha and olsun, mən olsam o lənkəranlı müdirlərin yerinə hər ayın başı bir yana, hər cümə günü bir müdirə zəng edib "cümə axşamıdı, anama ehsan vermək istəyirəm, yardım edin", - deyən müxbirə deyərdim ki, haçan Mir Mustafa Xan küçəsindəki zibilliyi çəkib qəzetində versən, gələrsən, anan üçün cümə axşamı ehsanı verməyə iki cücənin pulun verərəm!

Ayıb olsun lənkəranlı müdirlərə ki, qapılarında sülənən müxbirləri qarşılayıb yola salır, amma demirlər ki, heç olmasa o küçənin zibilini yığışdırtdırın qələminizlə... "kəməxoz"da lapatkayla yığışdıra bilmirlər!

"Sizə o poxlu-zibilli küçə yaraşır" demirəm, amma ona layiq olduğunuzu özünüz qəbul edirsiniz!
A kişi, icra başçısına şikayət etmək, "kommunxoz"dan küçələrin zibilini təmizləməyi istəmək də siyasi məsələ deyil ki? Bəs onda niyə səsiniz gəlmir?
Gərək elə mən yazım, şərlətdirib içəri qoyduranda ağsaqqal dedikləriniz, içəridəki narkomanları öyrədib soruşdurtsunlar: səndən başqa kişi yox idi Lənkəranda? Mən də deyim ki, hə, yox idi, ondan sonra təsbehlə vurub baş-ayaq etsinlər, eləmi?

Ömrünüzdə bircə dəfə cəsarətli olun, siyasi məsələ deyil ki, özünüz zibillədiyiniz küçənin zibilini Taleh Qaraşova daşıtdırın! Qoy o özü haqq-hesab çəksin "kommunxoz"un böyüyüylə!

Oldumu mənim Xan Lənkəranımın Xan oğlunun adına olan küçəsinin zibilliyini görüb susan həmyerlilərim?
Baxın şəkillərə, zövq alın!

İ.K. (bilməyənlər üçün: İmza Kəsəsi deməkdir İ.K. yazdığım) Deputatı Hadı Rəcəbli ilə Cavanşir Paşazadə olanın XAN oğlunun adına olan küçəsi bundan artıq olmaz ki!
p.p.s. hələ mən Diaqnostika Mərkəzindən şəhərə gələn yoldan söz açmadım - hamam-tualetlər hasar boyunca, cimənin, subaşına gedənin kanalizasiya axıntısı tökülür magistral yolun kənarındakı arxa - iylə ki, iyləyəsən! Dənizlə də ara məsafəsi 25 metr! Pəəh!

Miq.az
Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ
Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ
Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ
Taleh Qaraşov adına Mir Mustafa xan ZİBİLLİYİ

Şərhlər

XƏBƏR LENTİ