SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Mən yeni gəlmişəm, problemlər mənlik deyil” - Başçı şikayətçiləri qapıdan qovdu

“Mən yeni gəlmişəm, problemlər mənlik deyil” - Başçı şikayətçiləri qapıdan qovdu

Tarix:

2-07-2019, 17:42

/ 1 138 dəfə oxundu.
“Mən yeni gəlmişəm, problemlər mənlik deyil” - Başçı şikayətçiləri qapıdan qovdu

Sabirabadın yeni icra başçısı Siraqəddin Cabbarov qəbuluna gələn kənd camaatını otağından qovub. DİA.AZ-a rayondan verilən məlumatda deyilir ki, Sabirabadın Zəngənə kəndinin sakinləri bir müddətdir susuzluqdan əziyyət çəkir.

Sakinlər bildirir: “Kür və Araz çaylarının qovuşduğu yerdə məskunlaşmış Zəngənə camaatı illərdir susuzluqdan əziyyət çəkir. Onlar nə həyətyanı sahələrini, nə də pay torpaqlarındakı əkinlərini suvara bilmirlər. Muğanın yay aylarındakı dözülməz istisi onların əziyyətlərini də məhv edir”.

Məlumatda deyilir ki, iyunun 27-də Zəngənə ağsaqqalları toplaşaraq vəziyyəti yeni başçıya çatdırmaq üçün onun qəbuluna gəlib gəliblər: “Bundan xəbər tutan məmurlar müxtəlif üsullarla camaatın yarısını yoldan qaytarıblar. İcra başçısı Siraqəddin Cabbarov isə onları dinləmək əvəzinə, hədələyərək, otağından qoyub. Deyib ki, mən yeni gəlmişəm, problemlər mənlik deyil”.

Şərhlər

XƏBƏR LENTİ