XalqXəbər.Az

Mingəçevirdə özünü yandıran aprel qazisi vəfat etdi - İcra başçısı hadisəni gizlətməyə çalışır

yüklənir...
Mingəçevirdə özünü yandıran aprel qazisi vəfat etdi - İcra başçısı hadisəni gizlətməyə çalışır
29-06-2019, 20:39
yüklənir...

Xəbə verdiyimiz kim, 28.06.2019-cu il tarixdə gecə saat 23:30 radələrində Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında etraz məqsədi ilə özünü yandıran İmamverdi İsmayılov Mingəçevir Mərkəzi Xəstəxanasında dünyasın dəyişib.

Mərhum xəstəxanada olan özbaşınalığa, süründüməçiliyə və həkim səhlənkarlığına etira olaraq öz üzərinə berzin tökərək odlamışdır. Bədəninin 60% yanan aprel qazisi, bu gün gündüz saat 01:45 radələrində dünyasını dəyişən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yaxın qohumudur.

Azerbaycanrealligi.com xəbər verir ki, Mingəçevir şəhərindən "İnterPosta.info"nun əməkdaşı verdiyi məlumata görə, Mingəçevir Şəhər İcra başçısı İlham İsmayılov baş verən hadisəni mümkün qədər mətbuatdan gizlətməyə çalışır.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həyata keçirilən icbari tibbi sığorta pilot layiyəyə daxildir və Mingəçevir şəhərində bu lahiyənin iciraçı direktoru Könül Ələkbərovdur. Mərhum İ.İsmayilov K.Ələkbərova xəstəxanada başverən özbaşınalığa qarşı mütamadi olaraq etiraz etmişdir.

Dövlətin büdcəsindən yetərincə pilot lahiyəyə pul xərclənib. Həyata keçirilən icbari tibbi sığorta pilot lahiyəyə daxil olan şəhər, rayonlarla, bu plot lahiyəyə daxil olmayan şəhər, rayonların fərqi nə?

Azərbaycan səhiyyəsində bir qayda olaraq süründüməçilik, korupsiya, həkim səhlənkarlığı adət halı alıb! Sanki qeyd etdiyimiz səhiyyəmizin genetik köduna çevrilib.

Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğurunda 2016-cı ilin aprelində aparılan döyüşlər zamanı sağlamlığın itirmiş İmamverdi İsmayilovun vəfat etməsinə görə redaksyamız adından yaxınlarına baş sağlığı verərək Allahdan səbir diləyirik.

Azerbaycanrealligi.com
скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.